Gürcüstan Qarabağla bağlı xidmətini təklif etdi

Gürcüstan Qarabağla bağlı xidmətini təklif etdi
Gürcüstan Dağlıq Qarabağ konfliktində mediator rolunu oynamalıdır.
 
Miq.az Axar.az-a istinadən  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş Qərargah rəisi Vaxtanq Kapanadze söyləyib. Onun sözlərinə görə, Gürcüstan hər iki ölkə ilə yaxşı münasibətlərə malikdir:
 
"Təəssüf edirəm ki, bir neçə səbəb ucbatından bu problemi sülh yolu ilə həll etmək mümkün olmadı. Bu, bütün regiona üçün ağrılı prosesdir. Biz hadisələri çox diqqətlə izləyirik. Bizim Azərbaycan və Ermənistandan olan həmkarlarımızla çox sıx əlaqələrimiz var və biz onlardan baş verənlərlə bağlı tam informasiya alırıq”. 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az