Gürcüstanda ABŞ-ın hərbi bazası yerləşdirilə bilər
Gürcüstan parlamentinin spikeri, "Respublika partiyası”nın üzvü David Usupaşvili Gürcüstanda Amerika hərbi bazasının yerləşdirilməsinin tərəfdarıdır.
Oxu.az xəbər verir ki, o, bunun ölkə üçün vacib olduğunu hesab edir.
"Gürcüstan NATO-dakı üzvlüyü real olana qədər ABŞ-ın və ya NATO-nun digər üzvlərinin hərbi bazasının ölkədə yerləşdirilməsinin qayğısına qalmalıdır. Bu, ölkəmizin təhlükəsizliyi və müdafiəsi üçün çox vacibdir”, - deyə David Usupaşvili "Rustavi 2” telekanalında yayınlanan "Arçevani” verilişində bəyan edib.
Miq.az