Gürcüstanda ağır qəza: 28 nəfər xəsarət alıb

Gürcüstanda ağır qəza: 28 nəfər xəsarət alıb
Gürcüstanın Quriya şəhəri ilə Acariya Respublikasını birləşdirən avtomobil yolunda iki sərnişin mikroavtobusunun toqquşması nəticəsində 28 nəfər xəsarət alıb.

Miq.az Report-a istinadən xəbər verir ki, qəza Quriyanın Qara dəniz sahilində yerləşən Şekvetili kurort qəsəbəsində baş verib.
İnformasiyaya əsasən, xəsarət alanlar Acariyanın Kobuleti şəhər xəstəxanasına yerləşdiriliblər. Məlumata görə, yaralıların 4-nün vəziyyəti ağırdır.
Hadisə ilə bağlı araşdırma aparılır. Qəzanın törədilməsində günahı olan sürücünü cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az