“Gözlənilən İstanbul zəlzələsi yoldadır” - Numan Kurtulmuşdan HƏYƏCAN TƏBİLİ

“Gözlənilən İstanbul zəlzələsi yoldadır” - Numan Kurtulmuşdan HƏYƏCAN TƏBİLİ
"Gözlənilən İstanbul zəlzələsi yoldadır” - Numan Kurtulmuşdan HƏYƏCAN TƏBİLİ

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bu gün İstanbulda baş verən güclü zəlzələ ilə bağlı açıqlamasında deyib.

"Dövlət qurumlarımız, millətimiz, hamımız hazır olmalıyıq və mümkün zəlzələyə ən az itki ilə qalib gəlməliyik” – deyə Kurtulmuş vurğulayıb.

Qeyd edək ki, bu gün İstanbulda ardıcıl 6 güclü zəlzələ qeydə alınıb. Zəlzələlər müvafiq olaraq 4.9, 4.5, 4.8, 4.4, 6.2 və 3.9 bal gücündə olub.

Yeraltı təkanlardan sonra İstanbulda insanlar evlərini tərk edərək parklara üz tutublar.
 
****
 
Gözlənilən İstanbul zəlzələsi hər an qapıdadır...
Gözlənilən İstanbul zəlzələsi hər an qapıdadır.

Axar.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş İstanbulda baş verən şiddətli zəzlələ ilə bağlı danışarkən deyib.

"Ümid edirik ki, bu güclü zəlzələnin daha böyük təsirləri olmadan öhdəsindən gələcəyik. Amma gözlənilən İstanbul zəlzələsi hər an qapının astanasında görünür. Millətimiz, bütün qurum və təşkilatlarımız hazır olmalı və mümkün İstanbul zəlzələsini ən az tələfatla sovuşdurmalıyıq”, - Qurtulmuş bildirib.

****

Bu ana qədər İstanbulda baş verən şiddətli zəlzələdən sonra xəsarət alma ilə bağlı 112 - təcili tibbi yardım briqadasına və xəstəxanalara heç bir məlumat daxil olmayıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.

"Nazirlik olaraq bütün əlaqədar qurumlarımızla tam koordinasiyalı şəkildə prosesi yaxından izləyirik”, - məlumatda bildirilib.

***

İstanbulda baş verən şiddətli zəlzələ nəticəsində 151 nəfər xəsrət alıb.

Bu barədə İstanbul Valiliyi məlumat yayıb.

Bildirilib ki, xəsarət alanların əksəriyyəti zəlzələ zamanı təşvişə düşərək hündürlükdən tullanan şəxslərdir:

"Onların həyati təhlükələri yoxdur, müalicəsi davam etdirilir".



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az