"Hakimiyyət içində ikitirəlik var"- Dağlıq Qarabağa görə


"Hakimiyyət içində nəsə ikitirəlik var. Şərti adı birincilər olan qrup Dağlıq Qarabağa qanunsuz səfər edən rusiyalı jurnalistə qarşı cinayət işi açır və Belarusdan həmin şəxsin ekstradisiyasını tələb edir, ikincilər isə öz jurnalistimizi Rusiyanın xarici işlər nazirinə Qarabağla bağlı sual verdiyinə görə işdən çıxarır."

Miq.Az-ın məlumatına görə bunu politoloq Elxan Şahinoğlu öz feysbuk səhifəsində bildirib. 

Hakimiyyət icində ikitirəlik yaradan qüvvələri birinci və ikinciyə bölən politoloq daha sonra  Dağlıq Qarabağa qeyri-qanuni səfər edənlərlə yanaşı xarici siyasətimizin birincilərlə ikincilər arasında vurnuxmasına da toxunub: 

"Birincilər Dağlıq Qarabağa qeyri-qanuni səfər edən edən Rusiya vətəndaşını ona görə cəzalandırır ki, başqalarına dərs olsun və daha Qarabağa getməklə Azərbaycan qanunlarını pozmasınlar və bu mənada Moskva bizi zəif bilməsin, ikincilər isə tam tərsinə öz jurnalistimizi cəzalandırmaqla öz vətəndaşlarımıza "dərs” verir ki, rusiyalı rəsmiləri narahat etmək olmaz və bununla Moskvadan qorxduğumuzu ortaya qoyurlar. Beləcə, xarici siyasətimiz birincilərlə ikincilər arasında vurnuxur..."

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az