“Mur-Ay”çıların məhkəməsi ölkənin gündəmini qarışdıra bilər.
“Müsavat”ın verdiyi məlumatda bildirilir ki, Elxan Hüseynov iddia edir ki, istintaqda ondan təzyiq altında Kəmaləddin Heydərov və Zeynal Nağdəliyev əleyhinə ifadə almaq istəyiblər: iş adamının hakimə ünvanladığı məktubda Şirvanın icra başçısı Mərdan Camalovun da adı hallanır və Heydər Əliyev Muzeyini payçıların vəsaiti hesabına tikdiyini etiraf edir.
“Vətəninfo.az” saytına etibarlı mənbədən daxil olan məlumata görə, həqiqətən də böyük nüfuza malik olan Zeynal Nağdəliyevi Prezident Admi nistrasiyasinda sıradan çıxarmaq istəyən qüvvələr var və bu qüvvələr həbsdə olan iş adamı vasitəsilə onu fəaliyyətinə mane olmağa çalışır.
Onu da əlavə edək ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev vəzifədən getdikdən sonra, onun yerinə gələcək şəxslərdən biri də Zeynal Nağdəliyevin olacağı iddia olunur.
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova qarşı olan qüvvələr isə, hakimiyyətdəki milli qüvvələrin oyundankənar vəziyyətə salınmasına hesablanıb.
Qeyd edək ki, son illər Kəmaləddin Heydərovun nəzarətində olan sahələrdə irəliyə doğru addımların atılması, (İşçilərin əmək haqqlarının artımı və digər məişət problemlərinin həlli) hakimiyyət daxilində Kəmaləddin Heydərova qarşı bəzi qrupların könülsüz də olsa birləşməsinə səbəb olub.
Onu da vurğulayaq ki, bu gün fövqəl nazirin nəzarətində olan sahələrdə çalışan mütəxəssislər hansısa tapşırıqlarla deyil, birbaşa bilik və intellektual səviyyə əsasında işə cəlb ediliblər. Hətta , bəzi ekspertlər Fövqəladə Hallar Nazirliyində çalışan mütəxəssislərin, Nazirlər Kabinetində çalışanlardan daha üstün biliyə, təcrübəyə malik olduqlarını iddia edirlər. Bütün bunları diqqətə alsaq, Kəmaləddin Heydərov və Zeynal Nağdəliyevin daha çox hədəfə çevrilməsinin əsas ana xəttinin bunlarla bağlı olduğunu aydın görmək olar.
Belə olduğu halda da, təbii ki, Kəmaləddin Heydərov bəlli qruplar tərəfindən daha çox günahkar kimi göstərilərək onun haqqında mediaya müxtəlif məlumatlar servis edilir.
İnformasiya şöbəsi