Həbs edilən polkovniklər hakim qarşısına çıxarılır

Həbs edilən polkovniklər hakim qarşısına çıxarılır

Müdafiə Nazirliyinin mənimsəməyə görə həbs edilən sabiq vəzifəli şəxsləri -Fikrət Mirzəyev, Mahir Şirvanov və Məlikməmməd Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Qafqazinfo”nun məlumatına görə, təqsirləndirilən şəxslərin cinayət işləri ayrı-ayrılıqda icraata verilib.

İş Bakı Hərbi Məhkəməsində araşdırılacaq.

Qeyd edək ki, polkovniklər-Fikrət Mirzəyev nazirliyin Mənzil İstismar İdarəsinin , Mahir Şirvanov Satınalmalar və Təchizat İdarəsinin, Məlikməmməd Qurbanov isə Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi olub. Onlar 2022-ci ilin əvvəlində həbs ediliblər. Polkovniklərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az