Həbs edilən sabiq icra başçısının kadırından şikayət-İkinci qrup əlili qanunsuz işdən çıxardı-FOTOLAR...

Həbs edilən sabiq icra başçısının kadırından şikayət-İkinci qrup əlili qanunsuz işdən çıxardı-FOTOLAR...

Cəlilabad rayon Muğan kənd sakini Ağayev Hidayət İskəndər oğlu Muğan kəndinin keçmiş bələdiyyə sədri, hazırda isə bələdiyyədə mühasib işləyən Maşlıq kənd sakini Rasif Həsənovdan Baş prokuror Kamran Əliyevə şikayət edib. 

H.Ağayev redaksiyamıza ünvanladığı şikayət məktubunda qanunsuz olaraq işdən çıxarıldığını bildirib və bunu bütün sənədlərlə sübut edib. Şikayətçinin Baş prokurora şikayətini təqdim edirik. 
Şikayətdə deyilir:

Cənab Baş Prokuror!

"Mən Ağayev Hidayət İsgəndər oğlu ikinci qrup əliləm. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının üzvüyəm. Həyat yoldaşım onkoloji xəstədir. Üç uşağım isə anadangəlmə şikəstdir. Mən rəsmi olaraq Muğan bələdiyyəsində bələdiyyə üzvlərinin müsabiqə yolu ilə öz ixtisasıma uyun bələdiyyə tərəfindən verilmiş N4 əmək müqaviləsinə uyğun olaraq üç aydır bələdiyyədə işləyirəm. Son ayda ixtisasca zuatexnik işləyən Muğan bələdiyyəsinin keçmiş sədri Həsənov Rasif Xudaşükür oğlu Cəlilabadın DTX tərəfindən həbs edilən sabiq icra başçısı Namiq Zeynalovun göstərişi ilə bələdiyyəyə mühasib vəzifəsinə təyin edilib. Mənim Muğam bələdiyyəsində fəaliyyətim zamanı büdcəyə yığılan vəsaitləri öz dövründə müavinləri işləyən Abbasov Ramal Xanlar oğluna 1370 manat, Fətullayev Həsən İbrahim oğluna isə  1500 manat, R.Həsənov özünə isə 620 manat pul ayırmışdır. Mənim maaşımı isə dayandırmışdır. R.Həsənov mühasib olduğu üçün bələdiyyə sədrinin xəbəri olmadan öz imzasını saxta yolla təsdiq edərək, büdcədən həmin pulları buraxmağa nail olub. Mən R.Həsənovla əmək haqqımı dayandırmasına görə mübahisə etdim. O vaxt əgər R.Həsənovun büdcəsində pul yoxuydusa, niyə özünə iki müavin təyin etmişdi? R.Həsənov sənin başına oyun açaram deyib mənə hədə-qorxu gəldi. Elə o vaxtdan da mənim qara günlərim başladı. 

Cənab Baş Prokuror!

Vergidən bələdiyyə sədri kimi asan imzanı hiyləylə 2020-ci ilin oktyabr ayına kimi öz adında saxlayan R.Həsənov bir cinayətdə cəzalandırılmadığına görə, digər cinayətə də cəhd edib. Muğan bələdiyyəsinin sədri vəzifəsindən 2019-cu ilin 15 oktyabrında azad olunmasına baxmayaraq özünün ən etibar etdiyi dostu Abbasov Asif Qüdrət oğlu ilə birgə bu cinayətə təşəbbüs göstərərək işdən çıxdıqdan üç ay sonra, yəni 24.02.2020-ci ildə A.Abbasovla qanunsuz əmək müqaviləsi bağlayıb. A.Abbasovun əmrini isə 01.12.2019-cu ildə, yəni 12 ay sonra verib. Mən sizə bütün sübutları təqdim edirəm və xahiş edirəm ki, araşdırasınız. R.Həsənov açıq-aşkar cinayət törədib. R.Həsənovun bütün bu cinayətlərinin üstünü isə vaxtilə prokurorluqda işləmiş bacanağı, Zakir adlı şəxs ört-basdır edir. R.Həsənov dostu A.Abbasovla əlbir olaraq məni süründürəcəyi ilə hədələyir. R.Həsənov dəfələrlə dostu A.Abbasovun əliylə haqqımda əsassız şikayətlər verərək, cinayət işi açdırmışdır. Bu dəfə isə yeni bələdiyyə sədri Ağayev Ərzullaxanı kafeyə apararaq yeyib-içirdib və məni işdən çıxartdırıblar. Daha sonra isə bələdiyyəyə öz qohum-əqrabalarını işə götürüb. Bu haqda mənə Ə.Ağayev özü bildirib və əlimdə də sübutlarım var. Mən məhkəmə yoluyla əmək hüququmu təmin etməyim deyə R.Həsənov yenə saxtakarlığa yol verərək iki əmək kitabçası hazırlayıb. Bununla o, həm də bütün işçilərin əmək hüququnu pozub. Mənim xəbərim və ərizəm olmadan R.Həsənov pandemiya dövründə məni qanunsuz olaraq işdən çıxarıb. 

Hörmətli cənab Baş Prokuror!

Sizdən xahişim odur ki, hazırda bütün bu iyrənc əməlləri ilə bələdiyyədə mühasib işləyən R.Həsənovun cinayət əməllərinin araşdırılması üçün müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz.   

Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm.

Qeyd edək ki, R.Həsənovdan redaksiyamıza kifayət qədər ilginc şikayətlər daxil olmaqdadır.  Növbəti sayımızda onları da aidiyyatı qurumlara təqdim edəcəyik.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq. 





 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az