Həbs olunan icra başçısının ADI bilindi - SENSASİYA
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, o, iş başında saxlanılıb. Hələlik həbslə bağlı heç bir məlumat verilmir.
Xatırladaq ki, bu ilin noyabrında Maliyyə Nazirliyi Goranboy rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevin fəaliyyəti dövründə korrupsiyaya yol verilib-verilmədiyini araşdırmağa başlayıb.
Goranboy İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Maliyyə Nazirliyi tərəfindən sabiq icra başçısının fəaliyyət dövrü barədə müvafiq yoxlama işləri aparılıb. "Lakin yoxlama zamanı korrupsiya və ya digər neqativ halların aşkar edildiyi barədə hələ ki rayon İcra Hakimiyyətinə heç bir rəsmi məlumat verilməyib”,- deyə İctimaiyyətlə əlaqələr şöbəsi bildirmişdi.
Onu da bildirək ki, Nizaməddin Quliyev 2009-2019-cu illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Ölkə başçısının 5 aprel 2019-cu il tarixli sərəncamı ilə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən N.Quliyev Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Miq.Az