Həbsdəki generalla bağlı şok məlumat - Akif Çovdarov ölə bilər

Həbsdəki generalla bağlı şok məlumat - Akif Çovdarov ölə bilər
Bakı şəhəri Səbail rayon Məhkəməsinin həbsdə saxlanma müddətinin uzadılması
barədə 23 iyun 2016-cı il tarixli iş qərarı ilə Akif Çovdarovun həbsdə saxlanma
müddəti 4 ay müddətinə uzadılıb.
 
Vəkil Sadiq Rəsulov Cebhe.info-ya qərardan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya
şikayəti verildiyini, lakin hakim Sahibxam Mirzəyevin sədrliyi ilə keçirilən məhkəmə
iclasında apellyasiya şikayətinin təmin olunmadığını bildirib.
Vəkil müdaŇə etdiyi şəxsin səhhəti ilə bağlı da açıqlama verib:
 
"Akif Çovdarov ürəyində olan problemlərlə bağlı 25.04.2006-cı il tarixdə Almaniya
Respublikasının "Deustsches Herzzentrum Berlin” Klinikasına müraciət etmiş və
Klinikada ona "Koronar arteriya xəstəliyi, diffuz skleroz 3 damar xəstəliyi, Sol arteriya
kökünün stenozu və Sol tərəňi qidalanma tipi” diaqnozu qoyularaq 26.04.2006-cı il
tarixdə onun üzərində "Aorta koronar vena şuntlama PLA II və Ramus intermediusa,
Arteria mammaria interna- RİVA-ya anostomoz və İntraaortal balon pompası
implantasiyası” əməliyyatı keçirilib. Akif Çovdarov adıçəkilən klinikada 14.05.2006-cı il
tarixədək stasionar müalicə alıb.
 
Bundan başqa müdaŇə etdiyim şəxs xərçəng xəstəliyi ilə bağlı 2011-ci ilin fevral ayında
Almaniya Respublikasının "Vivantes” Klinikasına müraciət edib və ona "C16.0 Kardianın
bədxassəli törənməsi” diaqnozu qoyularaq 10.02.2011-ci il tarixdə "5-399.5 Venoz portun
implatasiyası və dəyişdirilməsi, İntravenoz port qoyulması” əməliyyatı keçirilib.
16.05.2011-ci il tarixdə Almaniya Respublikasının "Vivantes” Klinikasında Akif
Çovdarovun üzərində 6 saat 46 dəqiqə çəkən "genişləndirilmiş qastrektomiya sistemli
limfadenekoektomiya, həmçinin parsial qida borusu rezeksiyası” əməliyyat nəticəsində
mədəsi və bütün limfa vəziləri amputasiya olunub. Mədəsi amputasiya olunduğuna görə
qida borusu əməliyyatla birbaşa bağırsağa bilrləşdirilib. MüdaŇəçisi olduğum şəxs barəsində
Məhkəmənin qərarına əsasən həbs seçilib və o, 15 noyabr 2015-ci il tarixdən hazırki
günədək ilk öncə istintaq təcridxanasında, sonra isə səhhətində yaranmış xəstəliklərlə bağlı
İstintaq Təcridxanasının Tibb-sanitar hissəsində saxlanılmaqdadır.
 
Hazırda digər saxlanılan şəxslər kimi ona da yalnız həftədə bir dəfə sovqat gətirilməsinə
icazə verildiyi üçün ailə üzvləri ona həftəlik yemək gətirirlər. Bir neçə gün qalmış xörəklər
isə onun səhhətinin ağırlaşmasına səbəb olur. MüdaŇə etdiyim şəxslə Bakı İstintaq
Təcridxanasında görüşdüyüm zaman o, döş qəfəsində ağrılardan, halsızlıqdan, baş
gicəllənməsindən, ürək döyünməsindən əziyyət çəkdiyini bildirir. MüdaŇə etdiyim şəxs
həbs edildikdən sonra 11-12 fevral 2016-cı il tarixlərdə İstintaq Təcridxanasının Tibbsanitar
hissəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat
Kardiologiya İsntitutunun əməkdaşları tərəŇndən "EKQ-nin Holter monitorinqi və arterial
təzyiqin sutkalıq monitorinqi”nə dair müayinələrindən keçirilib və aparılan müayinələr
nəticəsində əməkdaşlar tərəŇndən konsiliumun nəticəsi olaraq ona "Ürəyin işemik
xəstəliyi. Aorta-karonar, şuntlama əməliyyatından sonrakı vəziyyət (T82.2). Səyrici
aritmiya, taxsistolik forma (İ49.0)” diaqnozu qoyulub. EKQ-nın Sutkalıq Holter
monitorlanmasına dair 11-12 fevral 2016-cı il tarixlərə aid Protokolunda monitorinq
dövründə səyrici aritmiya (taxisistolik forma) qeyd olunmuş, pauzaların (I-lər) cəmi 31
olduğu və ən çox saat 23:16-04:19, 06:56-08:54 qədər, yəni gecə saatlarında baş verdiyi
göstərili.
 
Daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin həkim-ekspertləri tərəŇndən
tibbi ekspertizadan keçirilib və ekspertizanın nəticəsində tərtib edilmiş 13.05.2016-cı il
tarixdə 102/KEŞ nömrəli ekspert rəyində Akif Çovdarovun səhhətində hazırda «Ürəyin
işemik xəstəliyi; Aorta-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət; Ritm
pozğunluğu; Səyrici aritmiya; Total qastroektomiya və porsial qida borusunun
rezeksiyasından sonrakı vəziyyət. Anastomozit. Nazik bağırsaq ilgəklərinin eroziv
dəyişikliyi. Eroziv reňüks, ezofagit» kimi xəstəliklərin aşakar edildiyi göstərilib. Sorğum
əsasında təqdim edilmiş tibbi sənədlərdən məlum olur ki, həbs olunmuş şəxs A.T.Çovdarov
Ən Tibb Baş İdarəsinin hospitalının həkim-kardioloqu tərəŇndən konsultasiya edilmiş,
konsultasiya nəticəsində arterial qan təzyiqinin və nəbz vurğuları sayının və ritminin qısa zamanlar fasiləsində tez-tez və kəskin dərəcədə dəyişməsi, qanın laxtalanma vaxtının 3 (üç) dəqiqə olması müəyyən edilib.
 
Həmçinin sorğum əsasında təqdim edilmiş xəstəlik tarixçəsindən məlum olur ki, çoxlu
sayda tarixlərdə gecə saatlarında döş qəfəsində ağrılardan, halsızlıqdan, baş
gicəllənməsindən və ürək döyünməsindən əziyyət çəkdiyinə görə növbətçi həkimə müraciət
edib. Lakin əsas problem ondadır ki, nə Bakı İstintaq Təcridxanasının tibb-sanitar
hissəsində, nə də Penitensiar Xidmətin müalicə müəssisəsində həkim-kardioloq yoxdur.
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Hospitalında həkim-kardioloq var ki, həmin həkim
də yalnız müəyyən olunmuş vaxta, yəni həftədə bir dəfə müayinə etmək üçün Bakı İstintaq
Təcridxanasına gəlir. Qalan günlərdə, xüsusi ilə gecə saatlarında baş verəcək ürək tutması
zamanı ilkin tibbi yardım göstərəcək həkim-kardioloq mövcud deyil. Vəkil həmçinin
bildirdi ki, «Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan
xəstəliklərin S İ Y A H I S I»na əsasən Ürəyin işemik xəstəliyinə və Ürəyin ritm pozğunluğu
xəstəliyinə düçar olmuş məhkumlar bu xəstəliyin ağırlığı və həyatı riski olduğuna görə cəza
çəkməkdən azad edilirlər. Lakin müdaŇə etdiyim şəxs qanuni qüvvəsini almış məhkəmə
hökmü ilə təqsiri sübuta yetirilmədiyi halda həbsdə saxlanılır ki, nəticədə onun xəstəliyini
kəskin şəkildə ağırlaşır. Bu isə sonda hətta onun ölmünə belə səbəb ola bilər”. //cebhe.info
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az