Həlak olan hərbçimizə şəhidlik statusu verilə bilər

Həlak olan hərbçimizə şəhidlik statusu verilə bilər

Ötən gün bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçu Yunis Vasif oğlu Abbasova şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən müvafiq arayış əsasında verilə bilər.

Miq.Az xəbər verir ki, bunu Report-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.

"Həyatını itirən Azərbaycan Ordusunun hərbi qulluqçusuna şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında verilir. Belə bildiriş daxil olarsa şəhid statusu verilə bilər”, - deyə o qeyd edib.

Qeyd edək ki, ötən gün Azərbaycan Ordusunun hərbi qulluqçusu Yunis Vasif oğlu Abbasov baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az