“Həm Əliyev, həm də Putin...” – Rusiyadan diqqətçəkən iddia
"Həm Əliyev, həm də Putin müstəqil ölkələrin güclü liderləridir, buna görə də populyardırlar”.
Miq.Az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
Ekspert Azərbaycan və Rusiya liderləri arasında Moskva görüşünə də münasibət bildirib:
"Rusiya Prezidenti Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasındakı danışıqlar çox müsbət oldu. Çünki həm Putinlə Əliyevin çox yaxşı dostluq münasibətləri, həm də ortada müsbət gündəlik var. Bu, Qarabağ münaqişəsinin həlli üçün sülh razılaşmalarının birgə həyata keçirilməsi, nəqliyyat dəhlizlərinin qurulması, Cənubi Qafqazın müharibə bölgəsi yox, ortaq inkişaf bölgəsi olması ilə bağlıdır.
Bütün bunlar eləcə də Türkiyə, Ermənistan, Gürcüstan və İranla birlikdə həyata keçiriləcək.
Çoxqütblü dünya belə formalaşır. Həm Əliyev, həm də Putin həqiqətən müstəqil ölkələrin güclü liderləridir. Buna görə də populyardırlar”.
Miq.Az