HƏMAS liderinin qətli: Təşkilatın Tehrandakı təmsilçisi danışdı

HƏMAS liderinin qətli: Təşkilatın Tehrandakı təmsilçisi danışdı
HƏMAS-ın İrandakı nümayəndəsi Xalid əl-Qədumi İsmayıl Haniyənin qətlinin yeni təfərrüatlarını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, "Əl-Ərəbi əl-Cədid” qəzetinə verdiyi müsahibədə o deyib:

Gecə saat 1:37-də bina silkələndi. Dərhal otaqdan çıxdım və qalın tüstü gördüm. Bundan sonra bildim ki, Hacı Əbuləbd (Haniyənin ləqəbi - red.) şəhid olub. aptek depo

Binanın silkələnməsinin şiddətindən əvvəl elə bildim ki, zəlzələ olub, yaxud ildırım vurub. Pəncərəni açdım, amma yağış və ildırım yox idi. Hava isti idi.

Haniyənin şəhid olduğu otaq dördüncü mərtəbədəydi. Baxdım ki, otağın divarı, tavanı uçub.

Hücum yerinin vəziyyətindən və şəhid Haniyənin cəsədindən məlum olub ki, bu hücum raketlə həyata keçirilib. Təfərrüata varmaq istəmirəm. Çünki İrandakı qardaşlarımızın texniki və ixtisaslaşmış qrupları araşdırma aparır və nəticələr daha sonra açıqlanacaq".

Əl-Qadumi "New York Times” qəzetinin və İsrail mediasının iddialarını təkzib edib:

"Bu iddiaların məqsədi İsrailin birbaşa məsuliyyətdən yayındırmaqdır".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az