Hərbi təyyarəmiz səhvən ya qəsdən sıradan çıxıb? – MiQ-29 FACİƏSİ

Hərbi təyyarəmiz səhvən ya qəsdən sıradan çıxıb? –  MiQ-29 FACİƏSİ
Əziz dostlar! Hörmətli həmkarlar!

Dünən baş vermiş faciə ilə əlaqədar hər kəs çox narahatdır və Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri (HHQ) və Hava Hücumundan Müdafiə (HHM) Qoşunlarına aid MiQ-29 təyyarəsinin təlim-məşq uçuşları zamanı qəzaya uğramasının səbəbləri ilə maraqlanır. Ən əsası da, peşəkar zabiltimiz polkovnik-leytenant Rəşad Atakişiyevin taleyindən hələ də məlumat olmadığından daha çox üzülürük. 
Yazacağım qeydlərə və versiyaya çox xahiş edirəm ki, heç bir siyasi rəng və çalar qatılmasın. Və yazdıqlarımın da qətiyyən guya Azərbaycan-Rusiya münasibətlərinin korlanmasına yönəlik  addım olmasını da qətiyyətlə bəri başdan rədd edirəm. Çox xahiş edirəm ki, Müdafiə Nazirliyinin rəhbərliyi və yaradılmış komissiya üzvləri hərtərəfli, geniş yoxlama işləri apardıqdan sonra özləri qərar versinlər. 
pilot
Azərbaycan Müdafiə Nazirliyinin pilotu və MiQ-29 döyüş təyyarəsi Rusiya Müdafiə Nazirliyinin Cənub Qoşunlarının tərkibinə daxil olan Xəzər Donanmasının hərbçiləri tərəfindən SƏHVƏN Radioelektron avadanlıqların istifadəii ilə SIRADAN çıxarılıb. Baxmayaraq ki, Rusiya tərəfinin də məlumatı var idi ki, bizim hərbi pilotlarımız gecə uçuşları həyata keçirəcəklər. Sadəcə, axşam saat 22 radələrində Rusiya tərəfinin hərbçiləri ya bilərəkdən, ya da bilməyərəkdən  (bunu yalnız istintaq qrupu araşdıra və dəqiq qiymət verə bilər) ən müasir REM vasitələrini işə salaraq MiQ-29 təyyarəsinin fəaliyyətini iflic ediblər. Bu məlumatı mənə ölkəmizdən kənar çox mötəbər bir hərbi diplomat bir neçə saat bundan əvvəl  verdi. Və sizi tam əmin edirəm ki, hadisənin baş vermə vaxtı və iyulun 18-dən rusların məhz Xəzər dənizinin Şimal istiqamətində təyyarəmizin qəzaya uğradığı ərazinin lap yaxınlığında REM qoşunlarının genişmiqyaslı hərbi təlimlər keçirməsi ilə birbaşa əlaqəsinin olması Azərbaycanın MiQ-29 təyyarəsinin ya qəsdən, ya da bilməyərəkdən "söndürülməsi" versiyasını tam əsaslandırır. 
Yazdıqlarımı qətiyyən heç bir siyasi çalar vermədən təhlil edilməsini həm xahiş, həm də gələcəkdə belə faciələrin baş verməməsi nöqteyi-nəzərdən yoxlanılmasını vacib sayıram.


Üzeyir Cəfərov hərbi ekspert,
ehtiyatda olan polkovnik-leytenant
 
Miq.az

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az