Banklardan daha ucuz kredit götürmək mümkün olacaq
Mərkəzi Bankın
komisoyn haqlarını 1 faizə endirməsindən sonra kredit faizlərinin daha
aşağı salınması istiqamətində digər addımlar atacağına dair verilən
proqnozlar özünü doğruldur. Ölkənrin baş bankı cari il ərzində
kreditlərin faiz dərəcələrinin nəzərəçarpacaq dərəcədə aşağı
salınmasında artıq israrlı mövqe nümayiş etdirir. Bu istiqamətdə Mərkəzi
Bank növbəti addımlar atmağa hazırlaşır. Bunlardan biri də banklara
verilən kreditlərin həcminin artırılmasıdır. Belə görünür ki, ölkənin
baş bankı kommersiya banklarına ayrılan kreditlərin miqdarını artıracaq.
Bundan
əlavə Mərkəzi Bankın sədri Elman Rüstəmov əmanətlərə ucuz alternativin
yaradılacağını bildirib: "Biz əhalinin banklardakı 7 milyardlıq
əmanətlərinə ucuz alternativ yaratmalıyıq. Birinci növbədə əmanətləri
ucuzlaşdırmalıyıq. Ucuz resurslar ilə bahalı resurslar bir yerdə olduqda
orta qiymət daha aşağı ola bilər. Digər tərəfdən, bu əhalidəki renta
meyilliliyini bir az azaltmalıyıq ki, yüksək faizlər ilə yüksək gəlirlər
qazanmaq yanaşması ortadan qalxsın. Bizdə kifayət qədər aşağı
inflyasiya var. Hesab edirik ki, ölkədə əmanətlərin faiz dərəcələri bir
qədər yüksəkdir. Bu ondan irəli gəlir ki, pula böyük ehtiyac var,
banklar onu yüksək faizlə götürməyə məcburdular. Biz bu defisiti həll
etməyə borcluyuq. Yəqin ki, bu istiqamətdə Maliyyə Nazirliyi ilə birgə
işləyəcəyik ki, faiz dərəcələrini bir qədər aşağı salaq. Bu tədbirlər
ilin sonuna qədər davam etdiriləcək”. Elman Rüstəmov qeyd edib ki,
banklar bu gün bazardan 9%-dən yuxarı faizlər ilə vəsait götürürlər:
"Onu yerləşdirmək təbii ki, baha başa gəlir. Banklar kreditləri verən
zaman bir çox risklər ilə qarşılaşırlar. Bu risklər kredit faizlərini
artırır. Bu risklər, bir sıra qanunvericilikdə, icra mexanizmlərində
çatışmazlıqlar ilə də bağlıdır. Xüsusilə, girovlar ilə bağlı ciddi
problemlər var. Girovların realizasiyası ilə əlaqədar ciddi problemlər
var, biz onların həllinə nail olmalıyıq”.
Elman
Rüstəmov bildirib ki, banklar ilə razılşadırılmış məsələlərdən biri
onlara ucuz pulların verilməsi və tapılmasıdır: "Hesab edirəm ki, bunun
da vaxtı çatıbdır. Biz monetar genişlənməyə gedirik. Bir sıra mühüm
infrastruktur layihələrinin maliyyələşdirilməsinə Maliyyə Nazirliyi ilə
birgə vəsait ayıracayıq. Artıq bu proqram hazırlanıb və hökumət ilə
razılaşdırılıb. Əlavə olaraq, ipoteka ilə bərabər, kiçik və orta
biznesin maliyyələşdirilməsinə ucuz maliyyə vəsitlərinin verilməsi üçün
müəyyən alətlərin, müəyyən fondların yaradılmasına başlayacağıq”.
Ekspertlər hesab edir ki, Mərkəzi Bankın kommersiya banklarına ucuz
maliyyə vəsaitləri verməsi olduqca məqbuldur və bu, bankların xaricdən
bahalı vəsait cəlbinin də qarşısını alacaq. Azərbaycan banklarının
kredit reytinqinin yüksək olmaması da onların xaricdən kredit almalarına
əngəl olan hallardandır. Bütün bunlara görə Azərbaycan bankları resurs
cəlb edəndə ya yüksək faizlə alır, ya da hansısa vasitəçi vasitəsilə.
Məsələn, Şərqi Avropa ölkələri bankları ucuz kredit cəlb edir, sonra da
onu yüksək faizlə Azərbaycan banklarına ötürürlər. Yəni Azərbaycan
bankları ancaq vasitəçilər vasitəsilə xaricdən müəyyən miqdar kredit ala
bilir. Bu da sonda kreditlərin baha olmasına gətirib çıxarır. Mərkəzi
Bankn isə ucuz resursları kredit faizlərinin də aşağı düşməsiən gətirib
çıxaracaq.
Bu araad isə o da
bəlli olub ki, Mərkəzi Bank kommersiya banklarına növbəti tapşırığını
verib. "Marja”nın bank sektorundakı mənbədən əldə etdiyi məlumata görə,
Mərkəzi Bankdan banklara mikro kreditlərin maksimum illik 25% dərəcəsilə
verilməsi tapşırılıb. Banklarda mikrokreditlər üzrə illik faiz dərəcəsi
32%-dək çıxır. Mikrokreditlər kiçik məbləğlərdə olduğu üçün hər bir
kreditin verilməsinə çəkilən xərc, iriməbləğli kreditlər ilə müqayisədə
daha çox olur. 50 min manatı bir nəfərə kredit şəkilində ayırmaqla, 50
nəfərə ayırmaq arasında böyük əməliyyat xərci fərqi var. Qeyd edək ki,
bundan öncə banklara istehlak kreditlərini maksimum 29% dərəcəsi ilə
verilməsi tapşırılmışdı. Beləliklə, qarşıdakı müddət ərzində bank
sektorunda kredit faizlərinin əhəmiyyətli dərəcədə azalması gözlənilir.