Həyatını itirən minatəmizləyənlərə şəhid statusu verilsin!

Həyatını itirən minatəmizləyənlərə şəhid statusu verilsin!


Milli Məclisdə xidməti vəzifəsini icra edərkən həyatını itirən minatəmizləyənlərə şəhid statusunun verilməsi təklif edilib. 

 

Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov çıxış edib.

 

O qeyd edib ki, bu işlə məşğul olanların statusu məsələsi vacibdir:

"Minatəmizləmə əməliyyatı zamanı həyatını itirən şəxslərin şəhid statusu almasına baxılmasını xahiş edirik”.

 

Bəhruz Məmmədov qeyd edib ki, ilk dəfə ANAMA əməkdaşı mina partlaması nəticəsində həyatını itirdi:

 

"Bu hadisə Xankəndidə tələ minasının partlaması nəticəsində baş verdi. Ondan sonra bütün ANAMA əməkdaşları bizə müraciət etdi. O zaman biz bunu qanun layihəsinə sala bilmədik. Amma indi biz ANAMA olaraq, minatəmizləmə prosesi zamanı həyatını itirən əməkdaşlarımıza şəhid statusunun verilməsini təklif edirik”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az