Hillari Klintonun baş nazirlə məxfi yazışması...
ABŞ Dövlət Departamenti prezidentliyə namizəd Hillari Klintonun
dövlət katibi postunda olarkən yazdığı 70 min səhifədən artıq elektron
yazışma materiallarını dərc edib.
25 məktub
redaktə olunmuş formada təqdim olunub. Dövlət Departamentinin rəsmi
sözçüsü Mark Toner həmin elektron məktubların hazırda məxfi
saxlanıldığını, amma Hillari Klintonun yazışmalar zamanı məktubları açıq
saxladığını deyib.
Keçmiş dövlət katibi daha çox öz yaxın məsləhətçiləri ilə, məsələn,
Sidni Blümentalla yazışıb. Məlumata görə, Blümental Klintonla yalnız
rəsmi informasiyaları deyil, həm də siyasi şaiyələri paylaşıb.
2010-cu ilin mayında Böyük Britaniyadakı seçkilərlə bağlı
Blümentaldan məlumat əldə edən Klinton ona "mən sizin məktubunuzu Billə
göstərdim, o, bunu əla adlandırdı! İmkan olduqca, yenə yazın!” – deyə
məlumat ötürüb.
Ehtimal olunur ki. "Bill” deyəndə keçmiş dövlət katibi öz həyat
yoldaşı Bill Klintonu nəzərə tutur. 1997-2001-ci illərdə Sidni
Blümental Bill Klintonun məsləhətçisi olub.
Dərc olunan məktublarda Qırğızıstandakı situasiya, ABŞ-ın İrana
münasibəti, Venesuela və İrandakı durumla bağlı şərhlər yer alıb. Amma
həmin məktubların əksəriyyəti məxfilik şəraitindədir. 2010-cu ilin
sentybarında Klinton keçmiş baş nazir Toni Bleirdən xahiş edir ki, Yaxın
Şərqdəki sülh danışıqlarına öz dəstəyini versin. Amma Toni Bleir ancaq
"təhlükəsiz kanal” vasitəsilə bu təklifi müzakirə etməyə hazır olduğunu
deyir.
Açıqlanan yazışmaların çoxu Hillari Klintonun öz köməkçiləri ilə
gündəlik iş rejimi, zənglər və görüşlər barədə müzakirəsi ilə keçir.
Hillari Klintonun dövlət katibi olarkən dövlət deyil, şəxsi
elektron ünvanı vasitəsilə məktublaşmasına görə ciddi tənqidlərə məruz
qalmışdı.
2009-2013-cü illərdə dövlət katibi olan Klinton isə şəxsi
ünvanından gizli məlumatları ötürmədiyini iddia etmişdi. Hillari
Klinton ABŞ prezidentliyinə Demokratlar Partiyasından ən real namizəd
sayılır.
Modern.az