Hollandiyada yaşlı cütlük bir yerdə ölməyə qərar verərək, həyatlarına son qoyub

Hollandiyada yaşlı cütlük bir yerdə ölməyə qərar verərək, həyatlarına son qoyub
Hollandiyada yaşlı cütlük evtanaziya yolu ilə eyni vaxtda həyatlarına son qoyub.

Oxu.Az-ın Lenta-ya istinadən verdiyi xəbərə görə, Didan şəhərinin sakinləri - 91 yaşlı Nik və Tris Elderxorst qohum və yaxınlarının ətrafında həyatları ilə vidalaşıb.
Onların övladlarından biri bildirib ki, ölməmişdən əvvəl onlar əl-ələ verib bir-birini öpüblər.
Yaşlı cütlük 65 il ailə həyatı sürüb. Son illər hər ikisinin səhhətində ciddi problemlər yaranıb. Nik keçirdiyi insultdan sonra çətinliklə hərəkət edib. Tris yaddaşını itirməkdən əziyyət çəkib. O, Nikin ölümündən sonra qocalar evinə düşməkdən qorxub və əri ilə birlikdə ölmək istədiyini söyləyib.

Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az