Holland jurnalist : “Qarabağ” həm dost, həm də düşmən “nəfəsini kəsir”
Qarabağ həqiqətləri barəsində araşdırma aparan, “Qarabağ” klubunun azarkeşi, hollandiyalı jurnalist Artur Huzinganın uzun zamandı gözlənən kitabı işıq üzü görüb.
“Vətəninfo.az” xəbər verir ki, Hollandiyada keçirilən təqdimat mərasimində Huizingayla yanaşı, fotoqraf Dirk Yan Vizzerin də “Sürgündə futbol” layihəsi təqdim edilib. Huizinganın kitabının son səhifəsində yazılanlar artıq hər şeyi ifadə edir:
“Həmişə evsiz və ya səfərdə”
Azərbaycanın “Qarabağ” (Ağdam) Futbol Klubu, dünyada hər bir peşəkar futbol komandası kimi, çempionatın zirvəsi uğrunda mübarizə aparırlar. Yalnız vacib bir fərq var: Klubun stadionu müharibə zonasında yerləşir və gündəlik atəşə məruz qalır. Futbolçular çempionatın final mərhələsini oynayanda şəhər erməni separatistləri tərəfindən işğal olunur və yerli əhali eyni zamanda azarkeşlər artıq qaçqın kimi çadırlarda yerləşdirilirlər. Buna baxmayaraq, komanda mümkün olmayan bir nəticə əldə edir: “Qarabağ” Azərbaycan çempionu olur. Şəhərləri yer üzündən silinən zaman oyunçular futbol meydanında mübarizəni davam etdirirlər. 2009-ci ildə köçkünlər klubunun Avropa Ligasında yeni tarix yazmağına bir addım çatmır. “Qarabağ” “Tvente”yə qarşı oynayanda həm dost, həm düşmən “nəfəslərini kəsir”. Jurnalist Arthur Huizinga Azərbaycanı ziyarət edib “Qarabağ”ı yaxından izləyir: neft paytaxtı olan Bakının şüşəli ekstravaqant hündür binalarından tutmuş cəhbədəki qaçqın çadırlarına qədər, Dağlıq Qarabağda yox olmuş geyinmə otaqlarından tutmış Avropadakı top-klubların stadionlarına qədər.
Bu tragikomik əsər – macəra axtaran və Xəzər dənizinin sahilində unikal hekayə ilə rastaşan bu futbolsevənin məhsuludu. Unikal hekayə isə çox az bildiyimiz müharibədən və hamı tanıdığı oyundan bəhs edir.
Arthur Huizinga (1980) Qroningendə və Amsterdamda tarix fakultəsində oxuyub. 2008-ci ildən “Qarabağ”ı izləyir. Onun məqalələri qəzetlərdə çap olunub.
Futbol11.az