Humanitar dəhlizlər təşkil etməyə çalışırıq - Zelenski

Humanitar dəhlizlər təşkil etməyə çalışırıq - Zelenski

Ukrayna Kiyev, Xarkov, Zaporojye və Luqansk vilayətlərində insanların təxliyəsi üçün humanitar dəhlizlər təşkil etməyə çalışır.

Miq.Az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski videomüraciəti zamanı söyləyib.

"Nümayəndələrimiz Kiyev, Xarkov, Zaporojye və Luqansk vilayətlərində humanitar dəhlizlərlə bağlı razılaşma əldə etməyə çalışırlar. Son iki həftə ərzində Ukraynaya 100 min tondan çox humanitar yardım gəlib. Bu yüklər bölgələr üçün xüsusi qovşaqlar vasitəsilə paylanır", - V.Zelenski qeyd edib.

O, xatırladıb ki, Ukraynaya humanitar yüklərlə bağlı kömək etmək istəyən və bu imkanı olan hər kəs üçün onlayn həll - help.gov.ua internet saytı yaradılmışdır. Sayt vasitəsiylə humanitar yükləri hansı yolla almaq, göndərmək və onu kimə ünvanlamaq lazım olduğunu öyrənmək olar.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az