Hövsanda quduz itlər-İnsanlar qorxu içində
Suraxanı rayon, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi, 30 nömrəli binanın və ətrafının sakinləri tərəfindən Miq.Az-a daxil olmuş şikayət məktubu məzmununa görə çox maraqlıdır. Elə maraqlı olduğunu da nəzərə alıb, məktubu olduğu kimi diqqətinizə çatdırırıq.
Hörmətli Miq.Az redaksiyası!
Sizə ünvanladığımız şikayət ərizəmizdə bildirmək istəyirik ki, Suraxanı rayon, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi, 30 nömrəli binanın, ətrafının sakinləri və "Nord" istesalat birliyinə gedən işçilər 30 nömrəli binanın qarşısında bir quduz itlə rastlaşırlar. Dəfələrlə vətəndaşlar və 11 nömrəli MİS rəhbərliyi aidiyyatı orqanlara və baytarlıq xidmətinə müraciət edilib. Lakin buna baxan yoxdur, bu vaxta qədər 10 nəfərdən çox insanı bu it tutub (dişləyib).
Müraciət edənlərə Hövsan polikilinkasında quduzluğa qarşı iynələr vurulub, bütün sakinlər və bu ərazidə olan insanlar, hər an təlaş içindədirlər.
Uşaqları məktəbə və baxçaya aparmaq çox çətinləşib. Bunu bilən heç bir orqan, o cümlədən polikilinika rəhbərliyi və Baytarlığın Suraxanı rayon rəisi Rəhim Bilalov heç bir tədbir görmür.
Bu barədə tədbir görülməsi və həmin quduz iti bu ərazidən tez bir zamanda uzaqlaşdırılmasını Sizdən çox xahiş edirik.
Hörmətlə Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi, 30 nömrəli binanın, ətrafının sakinləri və "Nord" istesalat birliyinin işçiləri.
Redaksiyadan: Şikayət məktublarınızı
[email protected] email adresinə göndərə bilərsiniz.
Miq.Az