İddia: Rusiya Ukraynaya suriyalı döyüşçüləri cəlb edir
Rusiya Ukrayna uğrunda şəhər döyüşlərinə təcrübəli suriyalı əcnəbi döyüşçüləri cəlb edir.
Axar.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnal” məlumat yayıb.
Qəzet adı açıqlanmayan bəzi yüksək rütbəli Amerika rəsmilərinə əsaslanaraq Moskva rəhbərliyinin Ukraynadakı müharibənin gedişatına uyğun olaraq yeni üsullar axtardığını yazıb.
Bildirilir ki, Rusiyanın Suriyada şəhər döyüşlərində təcrübəli əcnəbi döyüşçüləri xüsusilə Kiyevə topladığı və bu insanlara müəyyən maaş və müəyyən müddət üçün müqavilə təklif edib.
ABŞ rəsmiləri bildiriblər ki, indiyədək bu prosesdə neçə suriyalı əcnəbi döyüşçünün toplandığı və ya bu şəxslərin Ukraynaya nə vaxt göndəriləcəyi kimi təfərrüatlar hələlik bəlli deyil.
Miq.Az