Zamin Axundov
Geopolitik tendensiyalar
İkinci Avropa Balkanları: Qafqaz regionu və transkontinental strateji təsirlər
Nəzəriyyələr xarici siyasətin istiqamətini tamamilə müəyyən etmir!
Xüsusi giriş
Siyasi sistem özünün xarakterini geosiyasi kontekstdə dərk etməmişdirsə, fikrimizcə, o bundan sonra böyük ehtimalla nə daxildə, nə də yaxın xarici aləmlə, hətta geniş planda beynəlxalq siyasi münasibətlər sistemində praqmatik siyasət ortaya qoymaq imkanına malik olmamalıdır. Bununla da təxminən həyatın müxtəlif hissələrində belə bir reallıq özünü ifadə edəcək ki, xarici siyasətin ugursuzlugu kontekstində daxili siyasi vasitələr hissə-hissə parçalanmış olsun. Yəni bu zaman daxili siyasi sistem stabil olmaycaq və həm də belə bir şəraitdə müttəfiqlər rəqiblərlə eyni mövqeni paylaşa bilər. Deməli xarici siyasətin çox vektorlu olması və yaxud da üfüqi xətdə strateji istiqamətdə inkişafı tendensiyası onun əhəmiyyətliliyini izah etmir. Daha çox prinsipial xarici siyasət və daha çox praqmatik və demokratik transavroatlantik geostrateji konsepsiyalara daxil olmalar, üfüqdə aydın gələcək dizayn edə bilər.
Yalnız bundan sonra nəyə isə ümid etmək mümkündür. Məsələn, biz son 20 ildə nə əldə etmişik?
Sual agrılı və lokaldır!
Əgər biz son 20 ildə siyasi sistemimizi geoideoloji imper xaratekrlə bəsləyib inkişaf etdirib hansısa tarixi şəraiti qiymətləndirmək arzusu ilə, məsələn: sürətlə bir neçə istiqamətdə hərəkət edərək taleyin bizə biçdiyi bütöv olmaq bizim təyinatımızdır (məxfi geosiyasi konsepsiya) proqramı və s. elementlərin motivasiyasını təşkil edə bilməmişiksə, deməli həqiqətən heçnə etməmişik.
Avropanın gələcək taleyi + Avrasiyanın transkontinental motivasiyası: bunların biri digərinin emossional ekvivalentidir. Avrasiyanın yalnız Qərb hissəsində idealizm güclüdür, onun şərqində isə imper xarakterin strateji motivasiyası tarixi proseslərin yaddaşı ilə özünü ifadə edir. Avrasiyanın transkontinental ideologiyası, demokratiyanın Şərqə dogru yayılma arealında üstünlük nümayiş etdirən institutlar və s. Strateji alyanslar məntiqlə elə bir geosiyasi müstəvidə mərkəzləşməlidir ki, bu zaman geosiyasi mənzərədə yeni milli elitalar Avro + ABŞ konsolidasiyasına daxil ola bilsin və bununla da böyük bir arenada, transgeostrateji maraqlar bölgüsünə, hərçənd özlərinin siyasi müstəqillik hissini də əlavə edərək daha çox təhlükəsizlik, daha çox siyasi müstəqillik əldə etmiş olsunlar.
Transmonarxial strukturlarda birləşmiş kontr-alyans, Avrasiyanın imper xarakterli antidemokratik dövlətləri bundan sonra yenidən hansısa formada motivasiya olmaq, bununla da yenidən özünü ifadə etmək üçün ortalıga çıxarsa, bu əsl sürpriz olardı. Çünki hələ də Avrasiyanın əzəmətli dövlətləri tarixi təcrübənin onlara verdiyi dərslərdən nəticə çıxararkən, təxminən belə bir təəssüratı bölüşürlər ki, onlar hələ həddindən artıq güclüdür və deməli yad qüvvəni burdan qovmagın vaxtı gəlib çatıb. Üstəgəl belə bir formtda transavrasiya monarxiyasını stimullaşdıran militarist imper xarakter, məsələn: Rusiya əlavə olaraq işin içinə qatılarsa, əslində müasir Rusiyanın maraqları bu istiqamətdədir, onda Avrasiyanın Cənub-Şərq sahilləri boyunca keçmiş Rusiya imperiyasının, konkret halda isə post SSRİ-nin sərhədləri daxilində və hətta xaricində, bura Balkanlar və Şərqi Avropa zonası da daxildir, siyasi kataklizmlərlə tanışlıq qaçılmaz olmalıdır. Avropanın imkanları ilə onun demokratik xarakterini kontr-alyans konteksində (nəzərə alınmalıdır ki, kontr-alyans Avropadan fərqli olaraq militaristdir) şantaj edən, yaxud da Avropa ilə Rusiya arasında tanqo rəqsinə aludə olmuş gənc elitalar çoxmənalı səbəblərdən seçim edə bilmir və onlar hələ də (daha aydın dərk olunsun deyə qeyd edək ki, Qərb və Şərq transstrateji alyanslarla əhatələnmiş, ancaq daha çox müəyyən zamanlarda birincinin daxilində tamamilə qeyri-müəyyən proseslərin tərkibində özünü tapmış elitalar) hakimiyyət başındadır. Çünki onlar təbiət etibarı ilə demokratiyaya nifrət edir, həm də parallel olaraq demokratiyanın imitasiyasını, həyatda qalmaq üçün alternativ dilemma kimi qəbul edirlər. 20 ildir ki, postsovet Rusiyasından ayrılmış, ancaq hələ də kommunist xarakterindən tamamilə qopmamış, eyni zamanda demokratiyaya nifrət edən subyektlər transmonarxial koalisiyaya daxildir və bu onların təbiət etibarı ilə təyinatıdır.
Belə bir mürrəkəb situasiyada Avropa Avrasiyanın müxtəlif regionlarında diktator və monarxiya konsolidasiyasına daxil olan ölkələrə nə qədər ümid edə bilər və s. Avropanın missiyası Avropanın sərhədləri daxilindədir deyənlərlə, onun missiyası daha böyük və daha bəşəridir deyənlər arasında fərq yalnız ondadır ki, birincilər praqmatik, ikincilər isə imperialist doqmatik mühafizəkarlardır və onların hər ikisinin mövqeyi zaman içində güclü dəyişikliyə meylli olacaq. Avropa indi özü- özünə agrılı sual verməlidir. O, harda və kim üçün nəyi necə etməlidir. Yəni, Avropa demokratiyanın yayılma arealına, yoxsa onun maraqlar bucagına jest etməlidir. Bax, bütün bunlar son dərəcə agrılı və səmimi suallardır. Hazırda o, müşahidə edilir ki, Avrasiyanın ən mürrəkəb regionunda, Qafqazda strateji kolonlar qarşı-qarşıya dayanmış vəziyyətdədir. Bununla da yuxarıdakı fikirlər tamamilə belə bir nəticəni hasil edir ki, proseslər bundan sonra da ziddiyətli formada inkişaf edəcək. Heç kim inkar etmir ki, Avropanın taleyi Şimal-Şərqdən Ukraynanın motivasiyasına Qafqazda isə Gürcüstan və Azərbaycanın oynadıgı rola baglıdır və bu ölkələrin siyasi müstəqiliyi Avropa üçün həyati əhəmiyyət daşıyır.
Regonun geopolitik konsolidasiyasına daxil olan və bəzən də xarici aləmi buraya təşviq edən transkontinental sübyektlər bir-birini sürətlə inkar edərək geosiyasi müstəvidə xüsusi maraqlarla hərəkət etməkdədir və bəzən də etiraf olunmalıdır ki, onlar bu mürəkkəb etnik sferada düzülmüş kolonlara nəzarət məsələlərində bir-birlərini tamamlayır. Bu regionlarda geosiyasət güclü bürokratik elementlərə ilişib qalmaqda davam edir. Bütün bunlar tendensiyadır ya yox, onu mülahizələrin ikinci paraqrafında müəyyən etməyə çalışacagıq.
Demək olar ki, Rusiyanın və hətta gələcəkdə İranın, paralel olaraq Şərqdən açılan və üzü aşagı istiqamətə dogru sürətlə hərəkət edən siyasi aləmin və s. çoxmənalı tendensiyaların (Türkiyə regionun tarixi motivasiyasıdır) xarakterində imper maraqlar mövcuddur və hələlik bizlər regional proseslərdə məhz mövcud gücün xarakterini deyil, onun tendensiyalarını müşahidə etməklə məşguluq.
Azərbaycanın xarici siyasət sektorunda özlərini əvəzedilməz krallar kimi aparan və davranışları ilə doqmatik, bir az da plagiatizmin imkanları ilə hörülmüş geopolitik konsepsiya nəzəriyyələrilə özlərini ifadə etmək üçün yarışa girişən oliqarx sübyektlər bizim üçün üfüqdə heç bir aydın gələcək dizayn edə bilməmişdir və ümumiyyətlə bunu onlardan gözləmək agılsızlıq olardı. Xarici siyasətin administrasiya hissəsində elə sübyektlər mövcuddur ki, biz onların oralarda mövcudlugunu hazırda böyük təəssüf hissi ilə seyr edirik.
Bakı və onun missiyası:
Bu, Azərbaycanın motivasiyasından daha böyük siyasi çəkininin ümumi platformada daha böyük hissəsini ifadə edən tarixi dilemmanın adıdır.
Azərbaycan güclənir, o, 20 ildən artıqdır ki, müstəqildir və həm də indi onun çoxlu pulu var. Deməli, o varlı və özünə güvənli xarici siyasət həyata keçirməlidir. Ancaq necə? Güclü qonşularla əhatələnmiş Azərbaycanın tarixi missiyası nədən ibarətdir və o, indi geosiyasət elminə və yaxud da regional siyasət industriyalarına hansı kontekstdən yanaşmalıdır? Ən əsas odur ki, bir vaxtlar imperiyanın sərhədləri daxilində olan və hazırda da bu imperiyanın müasir varisi tərəfindən zaman-zaman təhdid edilən Azərbaycan bundan sonra bu imper sübyektlə necə davranmalıdır? Rəsmi Bakı qaygılı və inadkardır. Bax, bu isə bir çox hissələri rahatsız edir və bəzən də bununla paralel rəsmi Bakı tarixi doqmanın imkanlarını məhdudlaşdıran yeni milli tarixin ideoloji parametrlərini geosiyasi konsepsiyalarına əlavə edə bilir. Bu fövqəladə ciddi təsirlərin nəticəsində yaranmış tarixi oyanışın işarəsidir. Nəhayət, rəsmi Bakı tarixi imkanların mərkəzində dayanmışdır. Və onun regional siyasətini buxovlamaq istəyən aktyorlar isə regionda bu yeni gücə qarşı mənasız mübarizə aparır. Bunu həm də amansız mübarizə adlandırmaq mümkündür.
Tarixi mübarizə:
Rusiya böyükdür, ancaq bununla paralel tarix Rusiyanın imkanlarını elə buxovlamışdır ki, hazırda Rusiya xaraktercə Avrsaiya dövlətləri içərisində son dərəcə qətiyyətsiz və mövqesiz vəziyyətdədir. İndi o nə etməlidir?
Rusiyanın hələlik sönmüş və bəzən də mənasızlıq kəsb edən məhdud cografi siyasəti, yalnız Avropanın antimotivasiyası zamanı və yaxud da parlel olaraq nə vaxtsa ABŞ-da mövcud ola biləcək iqtisadi böhran vaxtı (bunlar xəyalı təhlillərdir) Şimal fenomeninin daha böyük idialarını: məsələn, Avrasiya üçün ölçüb-biçdiyi xəyali imper konsepsiyalarını iki əsas istiqamətdə stumullaşdırmış olardı. Bu zaman o bir neçə tərəfdə epoxlaşmış hansısa geosiyasi doqmanın motivasiyasını geosiyasi mənzərədə ələ almaq şansına malik ola bilər. Ancaq bu şans zaman anlamında itirilə bilən imkanlara xarakterikdir. Beləliklə, biz Rusiyanın siyasi xarakterini regional proseslərdə Avro+Amerika motivasiyasına jest etməklə neytralaşdıra, geosiyasi maraqlarımızı formalaşdıra bilərik. Nəticədə Azərbaycanın geopolitik mövqelərini təhdid edən və bəzən də rəsmi Bakını oldugundan daha çox həyacanlandıran Şimal fenomeni aktiv həm də qeyri-müəyyən sferalarda passiv geosiyasi nəzəriyyələrlə nələrəsə ümid etməməlidir.
Azərbaycanın xarici siyasətində nə çox vektorluluq, nə də prinsipiallıq onun daxili siyasi xarakteri ilə, eləcə də geosiyasi proseslərdəki mövqeyi ilə eynilik təşkil etmir və bəzən də bu prosesin xarici aləmlə əlaqələndirilməsi obyektiv qiymətin verilməməsi aktını gizlədir.
Yuxarıdakı təhlilləri bir az da sadələşdirsək, demək mümkündür ki, Azərbaycan Rusiyanı regionda balanslaşdırmaq üçün ümumi regionun siyasi xəritəsində elə bir mövqe nümayiş etdirməlidir ki, bu zaman o nə forpost kimi damgalansın, nə də Rusiayaya qarşı hansısa bir koalisiyada yer alsın. Rəsmi Bakı maraqlarla alveri deyil, strateji bölgü ilə prinsipləri müəyyən etməyi bacarmalıdır.
Problemlər perspektivləri üstələyir. Bu dilemma strateji seçimi məhdudlaşdırır, ancaq praqmatik siyasətin əsas oriyentasiyasına daxil olmaq üçün o (yəni həm problem, həm də perspektiv), yeni imkanlar axtarışını şərtləndirir.
Bjezinskinin təbirincə desək, realizm və eqoizmin qarşılıqlı əlaqəsi güclü kombinasiyadır.
Azərbaycanın yerləşdiyi region bu gənc dövlətin imkanlarını təkcə məhdudlaşdırmır, həm də ona alternativ geostrateji seçim imkanı qazandırır. Bəzən də bu xarici siyasətdə çoxtərəfli, çoxvektorlu seçim imkanları kimi xarakterizə edilir. Yəni, strateji müttəfiqlərlə sərbəst xarici siyasətin oriyentasiyasını təşkil etmək kursu və s. Bu elə bir seçim ola bilər ki, hələlik tarixi industriyaların və mini idenik yaddaşının lokal prosesə motivasiyası zamanı bu elementlər daha aydın forma ala bilər. Bununla da özünü intensiv cografi siyasi şəraitə uygunlaşdırmaga çalışan milli elita konkret mövqedən qaçmaqla uzaq gələcəyə hesablanmış daha aydın məxfi strateji proqramları həyata keçirmək şansı əldə edə bilər. Rusiyanın artan təsirləri fonunda Qərbi yeganə alternativin dilemması kimi qəbul edən rəsmi Bakı hələlik tamamilə qeyri-müəyyən müddətə geopolitik mövqelərinə yenidən baxmaq məcburiyyəti hiss edir. Və bu daha çox son dövrlərə təsadüf edir.
Lakin regionun siyasi xarakteri eyniliklə mütəmadi imper təfəkkürə istinad edir. Belə ki, Rusiyanın təsirləri davam edir və rəsmi Moskva vaxtilə Gürcüstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni bir yol tapıb regionlaşdırmaq istəyir. Prosesləri ümumi regiona yaymaq cəhdləri strateji təhdidləri fokuslaşdırır. Əgər biz bunları sadəcə Avropanın təsirlərinə qarşı reaksiya kimi qəbul etsək, o zaman müəyyən mənada real təhlükənin arxasında rusların özünü qoruma instinktini müşahidə etməklə, həm də özümüzü aldatmaqla müəyyən zamana qədər rahat ola bilərdik. Ancaq Avropa bölgənin siyasi xarakterini təhdid altında saxalayacaq qədər ağılsız deyil və bu kimi primitiv tendensiyaların olacağına inanmaq mümkün deyil. Rusiyanın təsirləri strateji xarakterlidir və rəsmi Moskova nə istədiyini yaxşı bilir.
Geniş planda Azərbayacan regionun siyasi mənzərəsinə təsir edib ümumi təhlükəsizliyi təmin etmək və bununla da bütün tərəflərin maraqlarının nəzərə alındıgı formatda hansısa regional siyasət həyata keçirmək haqqında ciddi-ciddi düşünməyə başlamışdırsa onda o, sürətlə Avropa və Türkiyə xəttinə açıq-aşkar stavka etməli, paralel müstəvidə regionun strateji industriyalarını elə bir formada ələ almalıdır ki, üçüncü gücün imkanları regionun müəyyən hissələrində bu strateji bloka ilişib qalsın. Böyük ehtimalla, belə bir şəraitdə Rusiyanın Ermənistana verə biləcəyi təsirin nəticələrini Avropa regionda balanslaşdırmaq üçün konkret istinad nöqtəsi tapacaq. Bu, şübhəsiz Azərbaycan ola bilər. Əgər Rusiya Ermənistana güclü dəstəyini təxminən Rusiya-Türkiyə münasibətləri formatında etsə, məsələn, hər iki tərəfi qarşı-qarşıya gətirəcək səviyyədə münasibətlərin korlandığı, təsəvvür edilsə belə, hansısa ciddi qarşıdurma ehtimal olunarsa, bu zaman rəsmi Moskova seçimini məntiqlə Türkiyədən yana etməlidir. Çünki hazırki şəraitdə başı Çinin, paralel olaraq həm də Avropa və ABŞ-ın, hətta İranın və digər orta səviyyəli geosiyasi mərkəzlərin artan geosiyasi nüfuzunun təhlilinə qarışmış Rusiya üçün bundan sonra hazırda nisbi sabitlik və əməkdaşlıq mühitində Avrasiyanın müxtəlif regionlarında strateji hissələri onunla birlikdə balanslaşdıran qeyri-müəyyən dostla və ya əlavə ikinci geosiyasi mərkəzlə problem lazım deyil və həm də bu tamamilə əhəmiyyətsiz addım olardı.
Türkiyə əslində həm Rusiyanı, qəribə də olsa, həm də Rusiyanın imkanlarını məhdudlaşdıran üçüncü qüvvələrin imkanlarını Rusiyanın lehinə balanslaşdırır. Rusiyanın artan təsirlərini regionda balanslaşdırmaq üçün həddindən çox element, həddindən çox strateji nöqtələr var və təəssüf ki, bu strateji nöqtələr hələlik ya kəşf edilməyib, ya da bu istiqamətdə ciddi ümudsizliklər mövcuddur. Təxminən elə bir hissədə mərkəzləşmək məsələsini, məsələn, Gürcüstnın xarici siysətinin lokal versiyasını, Ermənistanın regional siyasətinə qarşı elə bir ugurlu tendensiya kimi işləyib tətbiq etmək olar ki, bu zaman aftomatik olaraq Ermənistanın separatist sübyekt statusunu asanlıqla beynəlxalq siyasətin sübyektinə çevirmək mümkün olmalıdır. Türkiyənin rolunu burda aydın görmək lazımdır. Gürcülərin də regionda eyni hissələrdən davamlı təhdidlər aldığını nəzərə alsaq, o zaman demək lazımdır ki, bizim iqtisadi imkanlarımızın genişliyi və cografi mövqeyimiz və s. üstünlüyümüz prosesin mərkəzləşməsində əla format ola bilər. Xüsusilə İranı da işın içinə qatmaq dogru olardı. Şübhəsiz, Rusiya ilə İran eyni zamanda bölgədə strateji nöqtələrə istinad edən ciddi geosiyasi mərkəzlərdir və onların regionda ortaq, bəzən də üst-üstə düşən maraqları var və eyni zamanda bu maraqların qarşı-qarşıya durdugu strateji nöqtələr də mövcuddur ki, bu da regionda adlarını çəkdiyimiz ölkələri regiondaxili qarşıdurmaya sürükləyir. Əgər rəsmi Bakı İranın imkanlarını Rusiyanın Qafqazla baglı planlarına qarşı adevkat olaraq müəyyən zamanlarda həm də son dərəcə ehtiyatlılıqla qarşı-qarşıya gətirə bilərsə, bu zaman Ermənistanı müəyyən zamanda küncə sıxışdırmaq mümkün ola bilər. Bu agılı geosiyasi müstəvidə rəqibin strateji izolyasiyasını şərtləndirmiş olardı. Çünki Rusiya-İran münasibətlərində istənilən ciddi qarşıdurma avtomatik olaraq regiona üçüncü qüvvənin daxil olmasına və ya regionda Azərbaycanın geosiyasi təsirlərinə açıq qapı olardı. Azərbaycanın Rusiya ilə baglı xarici siyasətində ikililik var və bu daha çox ona görə belə olmuşdur ki, Rusiya daha çox prinsipial və qeyri-müəyyən davranışlarla özünü ifadə edir. Ancaq bunu da etiraf etmək lazımdır ki, Rusiya daha çox son kozlarını oynayır və bu zaman onun aqressiv olması təbiidir. Rəsmi Bakı indi keçmişdə oldugundan daha çox prinsipial olmalıdır. Suriyadakı rejimi müdafiə edən və bununla da başı ciddi beynəlxalq qalmaqala qarışan Rusiya beynəlxalq hüququ pozan və demokratiyaya qarşı antimövqe sərgiləyən dövlət kimi mühakimə olunur və belə bir şəraitdə Rusiyanın Qafqaza təsirləri istər-istəməz yeni bir beynəlxalq krizə və rəsmi Moskovanın olan-qalan nüfuzuna ölümcül zərbə olardı. Yəni, Rusiya hazırda beynəlxalq siyasi sistemdə daha çox qınaga məruz qalan dövlətdir və bu Azərbaycanın regional siyasətinə əlavə impuls verir.
Azərbaycanın xarici siyasətində meyllərin bundan sonrakı mərhələlərdə necə olması vacibdir və bəzən də o müşahidə edilir ki, Rusiya ilə ehtiyatlı olmaq həm də regionun siyasi mənzərəsində stabil element kimi mövcud olmaq deməkdir və yaxud da bu tarixi dilemmanın missiyasıdır. Bunu təkidlə ölçüb-biçənlər daha çox Rusiya meylli elitanın nümayəndələridir . Niyə görə isə bu cür düşünənlər siyasi elitada daha çox gücə və administrativ təsirlərə malikdir. Bunun müəyyən mənada səbəbləri məlumdur. Eyni vaxtda biz onu da özümüz ücün müəyyən edib ölçüb-biçməliyik ki, əgər Qafqazda sabitlik bizim milli maraqalarımızı təhdid altında saxlamaqla təşəkkül tapmalıdırsa, biz bundan cəsarətlə imtina edə bilərik. Təəssüf ki, bu inamın yoxlugu inkar edilmir. Bəzən də biriləri daha çox belə bir fikiri irəli sürür ki, guya Rusiyanın şıltaqlıqları ilə barışanlar praqmatik elita sübyektləridir və s. Bunların əhəmiyyəti o vaxta qədər yoxdur ki, artıq biz ciddi təyziqlərlə üzləşirik və bunun arxasınca artan təsirlər fonunda maraqlarımızı qoruya bilmirik. Bu zaman hər şeyi yenidən təşkil etmək təxminən belə bir təəssürat yaradacaq: yuxudan ayılan usaq hələ də şirin yuxunun təsirindən ayılmayıb. İndi o, nəyəsə görə əsəbi və inadkardır, hazırda onu dilə tutmaq böyük insanın missiyasıdır!
Azərbaycan Rusiya ilə münasibətləri qoruyub saxlamaqla bərabər, daxili ictimai rəyi həm də beynəlxalq ictimaiyyəti regionun kataklizmlərinə hazırlamalı və bunun fonunda strategiya müəyyən etməlidir. Təsadüfi deyil ki, Rusiya ilə paralel Ermənistan və digər regiondaxili siyasət elementlərini konsultasiya edən tərəflər təhlükəli davranışları konsepsiyalaşdırmaqdadır. Bunlar təsadüf deyil.
Azərbaycanın iqtisadi imkanları ilə onun siyasi imkanları arasında ciddi məsafə var. Yəni, bu iki elementlərin, siyasətin və iqtisadiyatın konkret proseslərdə hərəkət mexanizmi strateji təyinatlı deyil. Hətta burda yanılarsaq, belə daha ciddi proqram xarakterli motivasiyadan söhbət gedə bilməz.
Xüsusilə qəbul edilməlidir ki, Azərbaycan-Ermənistan Daglıq Qarabag münaqişəsi kontekstində hansısa dinamik üstünlük və rentabelli hərbi-texnoloji motivasiyada da bizim ugurumuzun olması lazım olandan çox deyil. Bu da o deməkdir ki, biz daha çox prosesi eyni istiqamətə yönəldə bilməmişik. Bunun obyektiv səbəbləri oldugu kimi, sübyektiv səbəbləri də mövcuddur.
Beləliklə, Azərbaycanın xarici siyasət strategiyasında imkanaları məhdud edən və xarici siyasət sektorunda bahalı elementlərlə real maraqları özünün zənginliyinə tamamilə tabe etdirə bilməyən gənc elita artıq daxili hissələrə boylanıb baxmalıdır. Biz daxili siyasi vasitələri necə mərkəzləşdirməliyik. Axı sirr deyil ki, daxili siyasi vasitələrin üstündə mürgüləyən əsasən fenomen siyasi realizm, ierarxik prinsiplərə saymazcasına yanaşan sübyektlər mövcuddur.
Yuxarıda qeyd edtiyimiz daxili siyasi vasitələr termini və ya tezisi əslində öz məntiqi izahını demək olar ki, yavaş-yavaş tapır. Biz regional proseslərdə Azərabaycanın dinamik xarici siyasət kursunu daxili idenik elementlərlə təşkil edə bilərik. Əgər İran, Rusiya, Türkiyə dediyimiz kimi motivasiyadır, hətta Gürcüstan və regionla əlaqəli olan digər dövlətlərlə də müqayisəli mübarizədə yalnız daha çox daxili siyasi sistemin identifikasiyasına üstünlük verməklə məşgul olmalıyıq. Elə bir məkanda yerləşirik ki, həm siyasi islamın, həm də geosiyasi xarakterin imper təsirlərinin arasında seçim edərkən qətiyyətlə birini digərindən daha az əhəmiyyətli hesab etməməliyik və lazım gəldiyi təqdirdə daha böyük missiyamızı, məsələn, biz 50 milyonluq tezisini geosiyasi arxitekturada imper xarakterlə əlaqəli formada siyasi olimpin zirvəzinə və ya sütunlarına dogru sürükləməlkə, müəyyən mənada hesab edəcəyik ki, biz məqsədi olan lokal və strateji dövlətik.
Son vaxtlar cəmiyyətdə belə bir ideya daha çox özünə yer tapmaqdadır ki, İran siyasi islamın mənbəyi kimi daha çox təsirlərə malikdir və bununla da biz milli təhlükəsizliyimizi bu fenomenə alternativ kontekstdə təşkil etməliyik. Qətiyyətlə bu belədir və idenik dövlət modelində proseslərə yanaşılmalı dövlət siyasəti bu kontekstdə lokallaşdırılmalıdır. Şübhəsiz, bu tendensiyalar müəyyən zamanlarda daha açıq və lokal olmuşdur və hazırda da tektonik formada davam edir. Ancaq biz regional siyasətdə daha lokal bir tezisi, tarixi yaddaşın ruhunu və yaxud da Azərbaycanın əsas tarixi təyinatını (bu onun həm də missiyasıdır) ifadə edə bilərik. Bu daha böyük regional əhəmiyyətə malik olan Böyük Azərbaycan tezisidir. Həqiqətən demək dogru olardı ki, bütöv olmaq müasir Azərbaycanın təyinatıdır və bu bütün alternativlərin üsütündə olan tarixi dilemmanın adıdır. Bütövlük...!
Deməli, siyasi islam yalnız güclü deyil, həm də blokdur və onun sərhədləri yalnız milli identifikasiya ilə özünəməxsuslugun ifadə edildiyi cəpərdə parçalanır və hələ bundan sonra biz bu təcrübədən necə çıxacagıq məsələləri dərin mülahizələrin müzakirə mövzusu olmalıdır. Baxın, biz nəyi necə edəcəyik sualları içərisində itib-batmamalıyıq. Axı, bizim seçimimiz başqalarına nisbətən daha çox aydındır. Həqiqətən, Qafqazın Cənub istiqamətindən üzü aşagı istiqamətə (regonun adını bilərəkdən çəkmirik) sürətlə, həm də ehtiyyatla hərəkət etməklə ordan da Türkiyə istiqamətində mövcud milli ideoloji elementlərə qovuşduqdan sonra, yenidən sürət götürüb Avropa ilə əməkdaşılıgı genişləndirməklə həqiqətən tarixi missiyamızı başa çatdıra bilərik. Nə başa düşdünüzsə...!
Avropanın Balkanları oldugu kimi Avropanın ikinci Qafqaz Balkanları da mövcuddur. Bu, Avropa ilə cografi məkanda özünü tapan Avropa Balkanları Qafqazıdır.
Cənubi Qafqazın siyasi strukturu arxaikdir. Bura elə bir regiondur ki, hətta daxili reabilitasiyaya açıq olan və hətta bir-biri ilə normal münasibətləri bəsləyib inkişaf etdirmək arzusunda olan dövlətləri irəlidə təsəvvür etsək belə, bunun mümkünlüyü sual altında qalır və yenə də tamamilə aydındır ki, regionun cografi şəraiti Avropa ilə Asiya arasında dəhliz rolunu oynayan bu bölgədə bu kimi xəyali koalisiya mümkün olmamalıdır. Həm Rusiya, İran, həm də Türkiyənin tarixi regional doqmatik post imper yalanları və s. ideoloji baglılıqlar onların regionun siyasi xarakterinə təsirini formalaşdırır.
Qafqaz xalqları əslində daha çox idenikdir və onların mədəni dünyagörüşü daha çox süper etnos olan Türk mədəniyyəti ilə ölçülüb-biçilib. Ancaq bununla parallel, şübhəsiz, rusların 4 yüz ilə qədər bir müddət ərzində bölgəyə təsiri və zaman-aman İran imper dövlət sistemlərinin ideoloji doqmaları da regionun ideoloji sistemində refleks kimi rol oynayıb. Deməli, Qafqazı, xüsusilə onun Cənubunda təşəkkül tapmış Cənubi Qafqaz respublikalarını heç vaxt regional təhlükəsizliyin təmin olunmasında əsas faktor dövlətlər kimi göstərmək dogru olmayacaq.
Onun üçündür ki, Qafqazın Avropaya lokal inteqrasiyası sürətlə dəstəklənməlidir. Çoxları üçün bu ideyanı yalnız Rusiya, Avropanın həqiqi üzvü olduqdan sonra real ola biləcəyini qəbul edir və ya prosesi məntiqi və məqbul hesab edir. Bu isə yanlışdır. Fikrimizcə, Qafqaz da Avropadakı Balkanlar kimi xarakterik ideoloji siyasi və hətta cografi baxımdan oxşar tendensiyalarla əlaqəli regiondur və onun firavan gələcəyi yalnız Avropada mümkündür.
Biz bu çoxtərəfli, bir az primitiv, bir az da lokal və məntiqi qarışıqlıqdan sonra sonunda belə bir fikir yürüdə bilərik ki, əgər Qafqazdakı siyasi elitalar tamamilə mahiyyət dəyişikliyinə transformasiya olmamışdırsa (məsələn, demokratiya və s. kimi məsələlərə münasibətdə), onda Qafqazda daha çox problem, daha çox münaqişə hissləri şişirdilib bəsləniləcəkdir. Yeganə alternativ Avropadır.
Heç nəyi şişirtmədən deyə bilərik ki, nəyin necə olmasından asılı olmayaraq bizim iki əsas strateji seçimimiz mövcuddur. Bunlar aydın və ortaq mövqe qismində dərk olunan təhlükəsizliyi təmin edə biləcək idenik resurslarla daha güclü olan Türkiyə kartı və Avropa modeli həm də Avropa sübyektinə çevrilmək aktıdır. Bu qətiyyətlə belədir. Transkontinental proseslər bizim bir başa təsirlərimizə açıq olan proseslər deyil. Ancaq transstrateji elementlərin təhlili zamanı biz aydın mövqe nümayiş etdirməliyik. Rusiya üfüqdə aydın deyil, onun təhdidlərinə boyun əyməmək prinsipiallıgına nail olmalıyıq. Qoy Elita bunu ciddi qəbul etsin ki, Rusiya Gürcüstanla müharibəyə cəhd etdi, ancaq o, bu cəsarəti hec vaxt Azərbaycana qarşı edə bilməyəcək. İranın daxili siyasi sistemi birinci buna imkan vermir. Rusiya 50 milyonun göz bəbəyi olan Azərbaycanla münasibətdə Gürcüstana “layiq oldugu” cavabı verməyə təbii ki, qadirdir. Deməli, biz strateji imkanlarımızı mərkəzləşdirməliyik. Cənablar, bu tarixi dilemmadır.