İlham Əliyev 3 sərəncam imzaladı - Yeniləndi

İlham Əliyev 3 sərəncam imzaladı - Yeniləndi

Prezident İlham Əliyev akademik Mikayıl Hüseynovun 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

 

Sərəncamda qeyd edilir: "2015-ci ildə Azərbaycanın görkəmli memarı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Mikayıl Ələsgər oğlu Hüseynovun anadan olmasının 110 illiyi tamam olur.

 

Yarım əsrdən artıq bir dövrü əhatə edən zəngin fəaliyyəti ərzində Mikayıl Hüseynov Azərbaycanın milli memarlıq ənənələrini öz yeni axtarışları ilə zənginləşdirmiş və müasir texnologiyalardan istifadə edərək monumental tikililərin qiymətli nümunələrini yaratmışdır. Bakı şəhərinin hazırkı memarlıq simasının müəyyənləşməsində onun layihələri əhəmiyyətli yer tutur. Azərbaycan memarlığının elm kimi təşəkkülündə xüsusi rolu olan alimin ölkə üçün yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm xidmətləri vardır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda memarlığın inkişafına və milli memarlıq elminin kadr potensialının formalaşdırılması işinə dəyərli töhfələr vermiş akademik Mikayıl Hüseynovun 110 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Memarlar İttifaqının təkliflərini nəzərə almaqla, akademik Mikayıl Hüseynovun 110 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

 

19:36

 

İlham Əliyev Azərbaycan Respublikasının mülki aviasiya işçilərinə fəxri adlar verilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Mülki aviasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

 

"Əməkdar mühəndis"

 

Əli-zadə Aslan Muxtar oğlu

 

"Əməkdar pilot"

 

Kərimov Rəhim Əliqulu oğlu.

 

***

 

Azərbaycan Respublikasının mülki aviasiya işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Mülki aviasiya sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilsinlər:

 

Hacıyev Eldar Əli oğlu

Hacıyev Səxavət Məmmədəli oğlu

İbrahimov Vüsal Ramiz oğlu

Məmmədova Güllər Sabir qızı

Sadıxov Qüdrət Ağa Bala oğlu.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az