İlham Əliyev ATƏT sədri ilə Qarabağ münaqişəsini müzakirə etdi

İlham Əliyev ATƏT sədri ilə Qarabağ münaqişəsini müzakirə etdi
Azərbaycan prezidenti İlham Əliyevlə ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Volter Ştaynmayer arasında görüş olub.

Miq.az-ın məlumatına görə, görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilib. Görüşdə Dağlıq Qarabağ, enerji, ikitərəfli və ATƏT çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Xatırladaq ki, Azərbaycan prezidenti Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada səfərdədir. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az