İlham Əliyev: "Beynəlxalq hüquq bütün ölkələr üçün prioritet məsələ olmalıdır"

İlham Əliyev:

"Beynəlxalq hüquqa zidd olan addımlar beynəlxalq təşkilatların nüfuzunu artırmır, bütövlükdə müasir dünya düzənini şübhə altına qoyur. Beynəlxalq hüquq potensialı, imkanlarından asılı olmayaraq, bütün ölkələr üçün prioritet məsələ olmalıdır”.

Miq.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmana verdiyi eksklüziv müsahibəsində deyib.

"Əlbəttə, hər bir beynəlxalq təşkilatın nüfuzu verdiyi əsasən qərarları necə yerinə yetirməsindən asılıdır. Bu sahədə islahatlar aparmaq üçün görüləcək çox iş var. Hətta BMT Təhlükəsizlik Şurasının uzun illər bundan əvvəl qəbul etdiyi qətnamələr yerinə yetirilmir. Azərbaycan bunu öz təcrübəsində görüb. 30 ilə yaxındır BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasına dair qəbul etdiyi qətnamələr yerinə yetirilmir və təcavüzkar ölkəyə, bu qətnamələri pozan tərəfə qarşı heç bir sanksiya tətbiq edilməyib. Ona görə də cəza mexanizmi mütləq olmalıdır", - dövlət başçısı bildirib.

Prezident diqqətə çatdırıb ki, beynəlxalq təşkilat icrası icbari olan qərar çıxarırsa, bu qərar icra olunmalıdır: "Həmin qərarı pozan tərəfə dair isə müvafiq prosedur olmalıdır, bir neçə mərhələli də olsa, mövcud olmalıdır. Amma yoxdur. Fikrimcə, beynəlxalq təşkilatlara etimadın müəyyən qədər azalmasında bunlar əsas faktorlardır".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az