İlham Əliyev müddəti uzatdı - Onlar 2030-cu ilə qədər dövlətdən mənzil alacaqlar

İlham Əliyev müddəti uzatdı - Onlar 2030-cu ilə qədər dövlətdən mənzil alacaqlar

Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı müddəti uzadılıb.

Miq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamında dəyişiklik edib. 

Dəyişikliyə əsasən, yuxarıda qeyd olunan şəxslər (ailələr) 2030-cu ilə qədər (bundan əvvəl 2021–2025-ci illər) mərhələli şəkildə mənzil və ya fərdi evlə təmin ediləcəklər. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az