İlham Əliyev: “Sosial siyasət bizim əsas istiqamətimizdir”

İlham Əliyev: “Sosial siyasət bizim əsas istiqamətimizdir”
Sosial siyasət bizim əsas istiqamətimizdir. Bunu Prezident İlham Əliyev Zərdab Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlıqdan sonra tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib:

"Sizi ürəkdən salamlayıram. Zərdab rayonunda olmaqdan çox məmnunam. Bu gün Zərdab rayonunun həyatında çox əlamətdar gündür. Uzun fasilədən sonra Mərkəzi Rayon xəstəxanası artıq vətəndaşların sərəncamına verilib. Çox gözəl işlər görülüb. Əsaslı təmir aparılıb və indi bu xəstəxana ən yüksək standartlara cavab verir. Həm artıq burada abadlıq işləri görülüb və gözəl müasir avadanlıqla təmin edilib. Əminəm ki, burada göstəriləcək tibbi xidmət də yüksək səviyyədə olacaq. Mərkəzi rayon xəstəxanasının istifadəyə verilməsi bunu göstərir ki, biz öz sosial siyasətimizi bu gün də uğurla icra edirik.

Sosial siyasət bizim əsas istiqamətimizdir. İnsanların sağlamlığı, insanların ömrünün uzun olması, sağlam həyat tərzi bütün bunlar bizim üçün prioritetdir. Azərbaycan vətəndaşları bu gün ən müsair tibbi xidmətə layiqdirlər və bunu görürlər. Ölkəmizdə son dövrlər 600-dən çox müasir tibb ocağı tikilib və ya əsaslı təmir edilib, ölkəmizdə pulsuz müayinədən keçmə siyasəti aparılır. Hər il milyonlarla insan yeni yaradılmış tibb ocaqlarında diaqnostikadan keçir. Onlara lazımi xidmət göstərilir və beləliklə insanlarımız dövlət hesabına öz sağlamlıqlarını qoruyurlar. Mən əvvəlki illərdə dəfələrlə xəstəxanaların açılışlarında bildirmişdim ki, hər bir insan hər il müayinədən keçməlidir. Artıq biz buna nail olmuşuq. Bu il 4 milyondan çox insan bizim ölkə üzrə bütün müasir xəstəxanalarda müayinələrdən keçib.

Zərdab rayonunda insanların sağlamlığı üçün digər tədbirlər də görülüb. 4 il bundan əvvəl mənim iştirakım ilə Zərdab şəhərinə içməli suyun verilməsini biz qeyd etmişik. Ondan əvvəlki illərdə içməli su qrafik üzrə verilirdi, gündə 4-5 saat. Özü də keyfiyyət o qədər yaxşı deyildi. Ancaq artıq 4 ildir ki, fasiləsiz, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir".

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az