İlham Əliyev Tanzila Narbayevanı qəbul etdi

 İlham Əliyev Tanzila Narbayevanı qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Özbəkistan Ali Məclisi Senatının sədri xanım Tanzila Narbayevanı qəbul edib.

"Miq.Az" xəbər verir ki, Ali Məclis Senatının sədri Tanzila Narbayeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlət başçısına çatdırıb. Qeyd edib ki, Şavkat Mirziyoyev Azərbaycana səfəri zamanı burada gördüyü inkişaf proseslərindən Özbəkistana dərin təəssüratlarla qayıdıb.

Özbəkistan Ali Məclisi Senatının sədri Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Özbəkistana səfərini səbirsizliklə gözlədiklərini qeyd edib. Tanzila Narbayeva Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti ilə yaxından tanış olduqlarını deyərək onun Azərbaycanda gedən inkişaf proseslərinə böyük töhfə verdiyini vurğulayıb.

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Özbəkistan Prezidentinə çatdırmağı xahiş edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az