İlham Əliyev və ailə üzvləri səs verdi

İlham Əliyev və ailə üzvləri səs verdi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçirilən ümumxalq səsverməsində (referendum) iştirak edib.

Miq.az xəbər verir ki, Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində səs verib.

Prezident İlham Əliyev seçki məntəqəsinə daxil olub səsvermə bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya salıb.

Bu anı respublikamızın və xarici ölkələrin mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izləyiblər.

Sonra birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs veriblər. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az