İlham Əliyevdən Rəisinin yanında Zəngəzur mesajı...

İlham Əliyevdən Rəisinin yanında Zəngəzur mesajı...

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir.

Bu sözləri Prezident İlham Əliyev oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışı zamanı deyib.

Qeyd edək ki, sözügedən sammitdə İran Prezidenti Rəisi də iştirak edib.

Xatırladaq ki, İran rəsmiləri, xüsusilə də İran Ali dini lideri Xamenei Zəngəzur dəhlizi ilə bağlı dəfələrlə paylaşım edərək, açıq şəkildə bu dəhlizə qarşı olduqlarını açıqlayıblar.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az