"İlham Əliyevin hərəkətlərinə heyranlığımı bildirməyə bilmərəm" - Saakaşvili




Gürcüstanın sabiq prezident Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

 

Saakaşvili bu barədə "Facebook" səhifəsində yazıb.

 

"Həbsxana qrafiki səbəbindən yalnız bu gün, gecikmə ilə, Azərbaycan mülki təyyarəsinin qəzası ilə bağlı başsağlığı verə bilirəm. Həlak olanların ailələrinin kədərini bölüşür və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

 

Prezident İlham Əliyevin hərəkətlərinə heyranlığımı bildirməyə bilmərəm. O, prinsipial mövqe tutaraq, ən yüksək ləyaqət nümayiş etdirərək və xalqının əsl lideri kimi davranaraq, bütün həqiqəti söylədi", - deyə Mixail Saakaşvili bildirib.

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az