İlham Əliyevin Qətərə səfəri gözlənilir

İlham Əliyevin Qətərə səfəri gözlənilir
"Xarici İşlər Nazirliyi olaraq hökumətin digər qurumları ilə əlimizdən gələni etməliyik ki, prezidentlərin qurduğu əlaqələri inkişaf etdirək. Biz Azərbaycan prezidentinin Qətərə səfərini hazırlayırıq”

Miq.az-ın APA-ya istinadən xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycanla Qətər arasında fondun yaradılması və üçüncü ölkələrə birgə investisiyaların yatırılması müzakirə edilir: "Prezidentin Doha səfəri öncəsi bunları müzakirə etməyə hazırıq. İki ölkə arasında gizli mövzular yoxdur”. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az