İlham Əliyevin qızları Müslüm Maqomayev haqda filmə baxdılar - (Fotolar)

İlham Əliyevin qızları Müslüm Maqomayev haqda filmə baxdılar - (Fotolar)

“Beşikdən əbədiyyətə qədər” filmindən sonra Emin Ağalarov sənətçinin “Mavi əbədiyyət” mahnısını ifa edib

ÜNS Yaradıcılıq Səhnəsində dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş “Beşikdən əbədiyyətə qədər” filminin premyerası olub.

 Vətəninfo.az-ın ANSPRESS-ə istinadən bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva filmə baxıblar.

Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Müslüm Maqomayevin həyat və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.

Filmin nümayişindən əvvəl M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva Müslüm Maqomayevin xanımı, SSRİ Xalq Artisti Tamara Sinyavskayanı və Mstislav Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviçi və tədbir iştirakçılarını salamlayıb. O, Müslüm Maqomayevin adının təkcə Azərbaycanın deyil, Rusiyanın, ümumiyyətlə, bəşəriyyətin tarixinə əbədi daxil olduğunu deyib. M.Maqomayev əsl ulduzlar kimi uzun ömür yaşayıb, səmadan bizim üçün yerə enib və sonra yenidən ora dönüb. 

Gənc rejissor Mehdi Məmmədovun çəkdiyi filmi yüksək qiymətləndirən professor Nərgiz Paşayeva qeyd edib ki, “biz Müslüm Maqomayevin səsini və ifasını eşitməyə adət etmişik. Bu filmdə isə həm də onun qəlbinin səsini eşidəcəyik. Filmin mətni Müslüm Maqomayevin memuarları əsasında yazılıb”.

SSRİ Xalq Artisti Tamara Sinyavskaya filmin ərsəyə gəlməsində bütün əməyi olanlara dərin təşəkkürünü bildirib. T.Sinyavskaya Azərbaycanın onun üçün doğma və əziz ölkə olduğunu qeyd edib.

Sonda bəstəkar-müğənni Emin Ağalarov Müslüm Maqomayevin “Mavi əbədiyyət” mahnısını ifa edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az