İlham Əliyevlə Paşinyan arasında növbəti görüş ABŞ-da keçiriləcək? - KİV

İlham Əliyevlə Paşinyan arasında növbəti görüş ABŞ-da keçiriləcək? - KİV
Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilkin razılaşmaya görə, mayın ikinci yarısında baş tutmalı olan növbəti görüş böyük ehtimalla Vaşinqtonda keçiriləcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Past” nəşri öz mənbələrinə istinadən yazır.

Qəzetin Ermənistan Xarici İşlər Nazirliyindəki adını açıqlamayan mənbəsi bildirir ki, Vaşinqton platformasında danışıqların gələcəyi ilə bağlı tərəflərin yanaşmaları üst-üstə düşür. Qeyd olunur ki, görüşün təşəbbüskarı öz hərəkətlərində və problemə yanaşmalarında nəzərəçarpacaq dərəcədə fəal olan ABŞ-ın dövlət katibi Entoni Blinkendir.

Nəşrin məlumatına görə, eyni zamanda Avropa dairələri də fəaldır. Avropa Şurasının rəhbəri Şarl Mişel bu yaxınlarda Əliyev və Paşinyanla iki ölkə arasındakı münasibətlər və danışıqlar prosesinin vəziyyəti ilə bağlı bir neçə telefon danışığı aparıb.

Mişelin xüsusilə son günlərdə baş verən hadisələr və sərhəd hadisələri ilə maraqlanması diqqət çəkir. Qəzetin diplomatik mənbəsinin bildirdiyinə görə, avropalılar qarşıdan gələn Ermənistan-Azərbaycan sammitinin onların himayəsi altında - yaxın həftələrdə Brüsseldə keçirilməsi üçün əllərindən gələni edirlər.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az