İlham Əliyevlə Sərkisyan ABŞ-da görüşə bilər

İlham Əliyevlə Sərkisyan ABŞ-da görüşə bilər

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyan Nyu-Yorkda görüşə bilər.
 
Report xəbər verir ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "İnterfax"a müsahibəsində buna ümid etdiyini bildirib.
 
Həmsədr iki ölkə prezidenti arasında yeni görüşün təşkil edilməsi ilə bağlı hər hansı bir planın olmasına dair sualı belə cavablandırıb:

"Planlar var, ancaq heç bir konkretlik yoxdur. Biz prezidentlərin yeni görüşünün keçirilməsini istəyirik, lakin hələ nə vaxtla bağlı, nə də bunun harada keçirilməsi ilə bağlı açıq-aşkar bir fikir yoxdur. Biz həmsədrlər olaraq növbəti sammitin təməlini qoymaq üçün xarici işlər nazirləri ilə görüşəcəyik. Hər iki naziri BMT Baş Assambleyasının sessiyası zamanı növbəti addımları müzakirə etmək üçün iki həftədən sonra Nyu-Yorkda görəcəyimizə ümid edirik. Ümid etmək istərdim ki, orada iki prezidentin də görüşü baş tutacaq".

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az