İlham Rəhimov ekоlogiya və təbii sərvətlər naziri olmalı idi – EKSKLÜZİV

İlham Rəhimov ekоlogiya və təbii sərvətlər naziri olmalı idi – EKSKLÜZİV

Son günlər ölkə mətbuatının gündəmindən düşməyən Elşad Abdullayev və onun yaydığı video görüntü, Sevinc Babayevanın İstanbulda dünyasını dəyişməsi, sabiq millət vəkili Gülər Əhmədova ilə bağlı müxtəlif xəbərlər olsa da, bu sıraya daha bir xəbər əlavə olunub.

Bildirilir ki, Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı zənginlərin Azərbaycanın daxili siyasətinə qarışmaq niyyətləri olub. Bu sırada adı hallanan və baş nazir olacağı haqqında söz-söhbətlər dolaşan İlham Rəhimov kimi zəngin azərbaycanlının millət vəkili Rəbiyyət Aslanova ilə ailə həyatı qurması və bu ailə həyatının elə də uzun sürməməsi maraq doğuran xəbərlər sırasında yer alıb.

Vətəninfo.az-a bəzi qaynaqlardan daxil olan məlumata görə, İlham Rəhimovla bağlı xəbərlər bununla bitmir. Sızan məlumatlarda bildirilir ki, Rusiya prezidenti Vladimir Putin İlham Rəhimovun Azərbaycanda müəyyən bir vəzifə tutması ilə bağlı Azərbaycan prezidentindən xahiş edib. 

V.Putinin ricası üzərinə İ.Rəhimovla hökumətdəki nazirlərdən biri görüşüb və bu görüşdə İlham Rəhimovun konkret hansı naziri əvəz edəcəyi belə müəyyənləşib. Məlumata görə, İ.Rəhimova ekologiya və təbii sərvətlər naziri postu təklif olunub və o, bununla razılaşıb.

Amma nədənsə müəyyən qüvvələr bu işin reallaşmasına mane olublar və İlham Rəhimov incik salınıb.

Deyilənlərə görə, İlham Rəhimovla millət vəkili Rəbiyyət Aslanovanın nikahının pozulmasına yol açan nədənlərdən biri də məhz bu olub. Yəni, İlham Rəhimova vəd olunan vəzifənin verilməməsi.

İlham Rəhimovun da məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az