Avqustun 17-si Azərbaycanın və Dağıstanın xalq artisti, Şöhrət ordenli, Dünya Sülh Səfiri İlhamə xanım Quliyevanın səhnə fəaliyyətinin 50 illik yubileyi və doğum günüdür. “Qafqazinfo” xəbər verir ki, bu tarix ölkəmizin ən baxımlı telekanallarında geniş işıqlandırılmaqdadır. İlk olaraq, “Azad Azərbaycan” (ATV) Müstəqil Teleradio Kompaniyasının efirində, “Şən bazar” verilişində start götürən silsilə yubiley tədbirləri digər telekanallarda da davam etdiriləcək.
Belə ki, avqustun 17-də “Space” kanalının “Hər səhər” verilişinin 4 saatlıq canlı efir vaxtı bütünlüklə böyük sənətkarın həyat və yaradıcılığına həsr olunacaq. Həmin verilişdə İlhamə xanımı millət vəkilləri, görkəmli sənətkarlar, mədəniyyət xadimləri, ziyalılar təbrik edəcəklər. Yeri gəlmişkən, dünən Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı (AzərKİVİHİ) Rəyasət Heyətinin qərarı ilə İlhamə xanım mədəniyyət və incəsənət sahəsində göstərdiyi xidmətə görə “Ustad Sənətkar” ali media mükafatına layiq görülüb.
Həmin ödül sənətkara “Space” kanalının “Hər səhər” verilişinin canlı efirində təqdim olunacaq. Qeyd edək ki, İlhamə xanım adıçəkilən ittifaqın fəxri üzvüdür.
“Lider” telekanalında isə böyük sənətkarın ad günü və səhnə fəaliyyətinin yarıməsrlik yubileyi münasibəti ilə xüsusi veriliş hazırlanır. Bu verilişdə İlhamə xanımın Azərbaycanın musiqi mədəniyyətinə bəxş etdiyi zəngin töhfələrdən bəhs ediləcək.
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT