
Y.Sadıqlı qeyd edib ki, "178 min yandırır” məsələsi ciddi deyil: "Amma təəccübləndiyimi desəm, yalan olar. AİHM məsələsinə gəlincə, buradakı prosesdə şikayətçinin, xüsusən də həbsdə olan şikayətçinin rolu minimumdur. Şikayəti vəkil tərtib edir, bizim də (mənim, İlqar Məmmədovun və başqalarının) işimiz göz gəzdirib bəzi şeyləri soruşmaq, məsləhət vermək, nəyisə yada salmaq və sonda imzalamaqdan ibarətdir. Prosesi udan da, uduzan da da vəkildir. Mənim işimi də vəkil uduzub. Yeri gəlmişkən, həmin vaxt REAL İdarə Heyətinin üzvü olan, İlqar Məmmədovun da müdafiəsində iştirak edən vəkil. Həbsdən söz düşmüşkən, cənab Məmmədov, siz ağzınızın danışığını bilmədiyinizə görə dustaq tərəfindən döyüləndə (sonra da bunu hakimiyyətin təzyiqi kimi qələmə verdiniz), mən böyük bir icmaya - Talış əhlinə ağsaqqallıq edirdim. Dustaqların məişət problemlərini həll edirdim, haqsız yerə karserə salınanı çıxarırdım, məntəqə tipli cəzaçəkmə müəssəsinə, hətta şərti azadlığa çıxmalarına nail olurdum”.