Nazirlikdən valideynlərə çimərlik xəbərdarlığı

Nazirlikdən valideynlərə çimərlik xəbərdarlığı
Uşaqları qanunla çimərlik ərazisi olmayan su hövzələrinə aparmaq qəti qadağandır.Fövqəladə Hallar Nazirliyi valideynlərə belə xəbərdarlıq etdi.
Uşaqların bədbəxt hadisə ilə qarşılaşmaması üçün onların yay tətili zamanında harda olmalarından tam əmin olmaq vacibdir. Bu xəbərdarlıq həm Xəzər sahili boyu, həm də bölgələrdə yaşayan valideynlərə aiddir.
Xəbərdarlıqda qeyd edilir ki, uşaqlar çimərlik ərazilərində yalnız valideynlərin müşayəti ilə dənizə girə bilər və daim nəzarət altında saxlanmalıdır. Hətta valideynlərə dənizə gələrkən uşaqlar üçün bəzi oyun əşyalarını gətirməmək də məsləhət görülür.
Fövqəladə Hallar Nazirliyinin valideynlərdən başqa tələbi də var.
Dövlət Sularda Xilasetmə Xidmətinin sektor müdiri bildirir ki, dalğıc-xilasedicilərin olduğu çimərliklərdə indiyə qədər batma hadisəsi qeydə alınmayıb. Dalğıclar səhər saat 9-dan axşam saat 21-dək çimərlik ərazilərində fəasiləsiz olaraq patrul xidməti həyata keçirirlər. /Xezerxeber.com/


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az