İnanılmaz: Türkiyə pilotsuz sualtı aparatlar yaradır

İnanılmaz: Türkiyə pilotsuz sualtı aparatlar yaradır

Türkiyənin pilotsuz uçuş aparatları dünya mediasının diqqət mərkəzindədir.

Miq.Az xəbər verir ki, bu sözləri Türkiyə müdafiə sənayesi naziri İsmayıl Dəmir deyib.

"PUA sahəsində kiçikdən böyüyə uzanan layihələr var. İnsansız yerüstü texnikalar sınaq mərhələsindədir. Suyun altı üçün də bənzər sistemlər hazırlanır və bunlar biri-birinə inteqrasiya edilməlidir. Radar və elektronik hərb sistemləri mövcuddur. Burada məqsəd görünmədən görmək, vurulmadan vurmaqdır”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, Türkiyə PUA texnologiyaları sahəsində araşdırmaları davam etdirərək daha yüksək uğurlara imza atmaq niyyətindədir:

"Yavaşlamadan daha sürətli getməyimiz gərəkdir”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az