Azərbaycanın "Qarabağ" klubu futbolçu İnnosent Emeqaranın komandanı tərk etməsinə dair xəbərlərə aydınlıq gətirib.
Klubun baş meneceri Asif Əsgərov Report-a açıqlamasında nigeriyalı hücumçunun hələ dekabrın 14-də "Qəbələ" ilə Topaz Premyer Liqasının XVI turu ərəfəsində klubdan ayrıldığını bildirib.
Onun sözlərinə görə, Emeqara anasının səhhətindəki problemlə əlaqədar İsveçrəyə yola salınıb. A.Əsgərov 25 yaşlı qolçunun gələcək taleyi ilə bağlı qərarı klub rəhbərliyinin verəcəyini bildirib: "Biz Emeqaranı transfer edərkən, özü ilə danışmışdıq ki, komandada qalıb-qalmayacağına 2 aydan sonra qərar verəcəyik. Yəni, onunla dekabrın sonlarınadək müqavilə bağlamışdıq. O, son 2 matçımızda meydana çıxmayıb, sabah "Sumqayıt"a qarşı da oynamayacaq. Yəqin ki, komandadakı gələcək taleyinə klub rəhbərliyi qərar verəcək".
Klub rəsmisi Emeqaranın "Qarabağ"ı Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə qazana bilməməsi səbəbindən tərk etdiyinə dair iddialara da münasibət bildirib. A.Əsgərov deyib ki, hücumçu klubla məhz Avroliqada növbəti mərhələ perspektivi ilə əlaqədar müqavilə bağlamayıb: "Emeqara bizimlə anlaşanda bilirdi ki, 1/16 finala vəsiqə qazanmaya da bilərik. Onu ilk növbədə, cəlb etmişdik ki, çempionatda bizə kömək etsin. Özü də bu məqsədlə komandamıza gəlmişdi".
Qeyd edək ki, İnnosent Emeqara "Qarabağ"ın heyətində oktyabrın 17-də məhz "Qəbələ" ilə ev oyununda debüt edib. O, Topaz Premyer Liqasında 8 oyuna 4 qol vurub.
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ