İnsan Haqları Komitesi ve Beynelxalaq Hüquqi Problemler. 2-ci yazı....

İnsan Haqları Komitesi ve Beynelxalaq Hüquqi Problemler. 2-ci yazı....

Səftər Rəhimli [email protected]...

Qeyd etmək lazımdır ki , Komitə öz fəaliyyətini həyata keçirərkən digər analoji  qurumlarla sıx əməkdaşlıqda olur . Hələ 1998-ci ildə Komitə qeyd etmişdi ki, İnsan hüquqları Komitəsi olaraq işgəncələrə qarşı Komitənin, Uşaq hüquqları Komitəsinin, irqi ayrı-seçkiliyin  ləğvi üzrə  Komitənin və diger orqanların iclaslarının nəticələri haqqında məlumatlara davamlı olaraq baxmaqdadır. İnsan hüquqları Komitəsinin fəaliyyətinin ümuməhatəli xarakter kəsb etməsi onun konvension qurum kimi ilk olaraq təsis edilən qurumlardan biri olmasıdır. Bu  səbəbdən də Komitənin fəaliyyəti onun yaradılmasından başlayaraq siyasi xarakter kəsb etmişdir.


Komitə hesabatlara baxdıqdan sonra özünün zəruri bildiyi qeydlərini dövlətlərə göndərir. Komitə həmçinin dövlətlərin hesabatlarının qeydlərini EKOSOS-a göndərə bilər. Hesabatların  formasına və məzmununa münasibətdə  Komitə  iştirakçı dövlətlərə Baş Katib vasitəsilə  özünün  istəklərini ifadə edə bilər. Paktın 40-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq iştirakçı dövlərlər  də  Komitənin qeydləri ilə bağlı öz baxışlarını Komitəyə təqdim edə bilərlər.
Yenə de Prosedurun (68) qaydasına görə  Komitə iştirakçı dövləti hesabatın baxılma tarixi   barədə məlumatlandırır. Hesabata  baxılacaq sessiyanın başlanması,  müddəti,  yeri üzrə  məlumatlar Baş Katib vasitəsilə bildirilir.  Bir qayda olaraq dövlətlərin hesabatlarına baxıldığı  zaman onların nümayəndələri də iclaslarda iştirak edirlər.  2001-ci  ildə edilən dəyişikliyə görə  Komitə dövlətlərin nümayəndəsi olmadıqda da hesabatlara baxmaqdadır. Xüsusən də,  davamlı  olaraq beyanəlxalq öhdəliklərini yerinə yetrməyən və ya zəruri qaydada yerinə yetirməyən  dövlətlərə münasibətdə bu qayda dövlətlə bağlı hesabata baxarkən əlavə məlumat üçün dövlətin nümayəndəsini  iclasa  dəvət etmək səlahiyyətinə malikdir.  Müvafiq nümayəndə dövlətin hesabatı  üzrə bütün məlumatlara malik olmaqla və verilən sualları cavablandırmalıdır.  Dövlət  özünün  hesabatını göndərirsə komitə Paktın 40-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq hətta  nümayəndə olmadan hesabata  baxmağa başlayır.
Prosedurun 69-cu qaydasında iştirakçı- dövlət tərəfindən hesabatın təqdim edilməməsi  halı  ifadə edilib.  Bu halda Baş  Katib Komitəni məlumtlandırmalı, hesabatın və ya  sorğu  edilən  əlavə məlumatın  verilmədiyini bildirməlidir.  Komitə  öz növbəsində iştiakçı-dövlətin  öhdəliyini təmin  etmək üçün Baş Katib vasitəsile həmin dövlətə hesabatın təqdim edilməsi məqsədilə bildiriş verir.
Komitənin nəzarət  funksiyasında ən zəif nöqtə onun mövqeyinə iştirakçı dövlət  tərəfindən reaksiya verilmədiyi haldır. Komitə ən yaxşı halda hesabat göndərməyən dövlətə bildiriş  verdikdən sonra 69-cu Qaydaya görə bu məsələni özünün illik hesabatında əks  etdirilməklə İqtisadi və Sosil Şura vasitəsilə Baş  Məclisə göndərir.

Komitə bildiriş verdikdən sonar Paktın 40-ci maddəsinin 1 (a) və  (b) bəndləri üzrə iştirakçı dövlət özünün hesabatını göndərdikdə Komitə yenə də Baş Katib vasitəsilə müvafiq dövləti məlumatlandırır ki, müvafiq hüquqlar üzrə həmin dövlətin həyata keçirməli olduğu tədbirlərə müstəqil olaraq Komitənin qapalı iclasında baxılacaq.  Bu zaman Komitə müvəqqəti yekun qeydlər qəbul edib dövlətə göndərir. 
İştirakçı dövlətlərin hesabatlarına baxılması müəyyən bir prosedura əsaslanir və 70 –ci  Qayda ilə tənzimlənir.  Öncə  hesabatda hansı  məlumat  əks edirilməsi məsələsinə baxmaq  lazımdır. Prosedur qaydalarına görə tələb edilən məlumat hesabatı formalaşdırmalıdır. Əgər tələb edilən məlumat hesabatda əks  edilməyibsə bu barədə Komitə baxılmaq üçün müddət göstərilməklə dövlətdən əlavə məlumatın təqdim edilməsini xahiş edə bilər.
Hesabatın tam və dolğun olması üçün Komitə iştirakçı  dövlətlərə kömək məqsədilə  “başlanğıc prinsiplər” in Külliyyatını hazırlayıb.  Eynilə BMT- nin İnsan hüquqlari üzrə ali Komissarlığının ofisi tərəfindən “İnsan hüquqları üzrə hesabatların təqdimatının Prinsipləri ”ndə bu məsələnin tənzimlənməsi mexanizimi ifadə edilib. Külliyyata görə hesabat iki hissədən ibarət olub və ya ilk növbədə iştirakçı dövlətlər özlərinin siyasi-sosial sistemi, hüquq qaydası,  ərazisi , əhalisi haqqında ümumi  məlumatı əks etdirən ilkin  sənədi hazırlayıb təqdim etməlidirlər.  Bu ümumi məlumatı əks etdirən  hesabat bütün ixtisaslaşdırılmış müqavilə orqanlarına təqdim  edilir.
 Ümumi  sənəd hüquqi qaydası və sistemlə bağlı məlumatları əks etdirdiyi üçün burada dövlətin Paktla bağlı həyata keçirdiyi tədbirlər,  xüsusən də  Paktın maddi hüquq normaları  haqqında ümumi məlumat  yer almalıdır. İştirakçı dövlətin  Paktla və onun əlavə Protokolları ilə  hüquqi bağlılığının tarixi, məzmunu, öhdəliklərin səviyyəsi təsbit edilməlidir.
İlkin məlumatı əks etdirən hesabatın  təqdimatından sonra dövlətlər daha konkret “dövri  hesabat”ı hazırlayırlar.  Bu əsas  hesabatda iştirakçı dövlətin əvvəlki hesabatından meydana gələn problemlər üzrə Komitənin yekun rəyinin yerinə yetirilməsi məsələləri təsbit  edilməlidir. Hesabatlarda insan hüquqları ilə bağlı həm fərdi şikayətlərin,  həm də dövlətlərarası  şikayətlərin yerinə yetirilmə vəziyyəti ilə bağlı məlumatlar yer almalıdır. 
Hesabatda  maddi hüquq normalarının təsbit edilməsi haqqında məsələ nə qədər  əhəmiyyətlidirsə ,  onların yeriə yetirilməsində  dövlət  qurumlarının, qeyri-hökumət təşkilatlarının fəallığı haqqında məsələ də daha çox maraq kəsb edir. Hesabatın  hazırlanmasında müxtəlif dövlət, hökumət orqanları ( QHT)  mühüm rol oynayır . Dövlətin qurumu kimi bir qayda olaraq Xarici İşlər Nazirliyi çıxış edir. Dövlətin hesabatının hazırlanması  ilə bağlı müəyyən edilmiş metod olmasa da Komitə hesab edir ki,  mülki cəmiyyətin nə qədər geniş təbəqələri cəlb edilərsə hesabat bir o qədər məzmunlu, dolğun ola bilər. Demokratik  idarəçilik  sistemli dövlətlərdə QHT-lər hesabatların hazılanmasında daha fəal rol oynayırlar.  Hesabatların hazırlanmasında müxtəlif insan hüquqları institutları, o cümlədən insan hüquqları üzrə komissiyalar,  ombudsman ve  diger  qurumlar olduğu halda hazırlıq  prosesi daha məzmunlu olur. Mülki cəmiyyət instituları ilə hakimiyyət  arasında fikir ayrılığı yarandığı halda  dövlət  özünün zəruri bildiyi formada hesabatı təqdim etməkdə sərbəstdir. Lakin dövlətin təqdim etdiyi  hesabat Komitə tərəfindən rəsmən dərc edilmədən öncə QHT-lər də özlərinin  fərqli mövqeyini  Komitəyə təqdim etmək imkanına malik olmalıdırlar. Komitə dövlətdaxili hüquq təminatı ilə bağlı hərtərəfli   məlumata  malik olmaq üçün cəmiyyətdəki bütün qrup  maraqlarını ehtiva edən  “əlavə hesabat”  sənədini də qəbul etməkdədir. Belə  bir  hesabat iştirakçı dövlətlərin  hesabat  formatında hazırlanıb təqdim edilir . 

İfadə etdiyimiz kimi iştirakçı dövlətlərin hesabatlarına  müəyyən bir qaydada baxılır.
Tərəfsizliyi təmin etmək məqsədilə hesabatı təqdim eden iştirakçı dövlətdən seçilmiş Komitə üzvü (ekspert) müzakirələrdə və yekun qərarın qəbulunda iştirak etmirlər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az