“İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzi” İctimai Birliyi Fazil Mustafaya qarşı silahlı hücumu terror adlandırdı

“İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzi” İctimai Birliyi Fazil Mustafaya qarşı silahlı hücumu terror adlandırdı

28 mart 2023-cü il tarixində Millət vəkili Fazil Mustafaya qarşı Bakı şəhərində yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən "Kalaşnikov” tipli silahdan atəş açılaraq terror aktı törədilmişdir. Ayağından və çiynindən güllə yarası alan deputat xəstəxanaya yerləşdirilib. Həyatı təhlükənin olmadığı bildirilir. İnanırıq ki, hüquq-mühafizə orqanları terroru törədənləri dərhal tapıb məsuliyyətə cəlb edəcək. Azərbaycan dövləti xalqın asayişini qoruyacaq gücdədir. Deputat Fazil Mustafaya Allahdan sağlamlıq arzulayırıq. 

Biz ictimai birlik olaraq dövlətimizə və dövlət başçımıza sadiq olmaqla fəaliyyətimizi davam etdiririk.

"İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın qorunması Mərkəzi” İctimai Birliyinin mətbuat xidməti



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az