Çində “Apple” korporasiyasının qurğularına “hücum edən” virus yaradılıb.
Vətəninfo.az xəbər verir ki, “WireLurker” adlandırılmış yeni virus Mac OC и iOs əməliyyat sistemlərini sıradan çıxarır. Bu virus Apple qurğusu üçün kənar əlavələr mağazası - Çinin “Maiyadi App Store” mağazası vasitəsilə “Mac” kompyuterlərinə daxil olur. Amerikanın kibertəhlükəsizliklə məşğul olan “Palo Alto Networks” şirkətinin ekspertlərinin məlumatına görə, son altı ayda təqribən 400 viruslu əlavə 350 000 dəfədən çox köçürülüb. Bu əlavələr yüz minlərlə istifadəçiyə ziyan vura bilərdi.
Yeni virus “Mac” kompyuterinə və ya noutbukuna qoşulmuş USB-kabel vasitəsilə avtomatik olaraqiPhone , yaxud iPad qurğularına daxil olur. O hətta iPhone və ya iPad “Jailbreak” prosedurundan keçmədikdə də bu qurğulara daxil ola bilir. “Jailbreak” rəsmən “Apple” tərəfindən dəstəklənməyən və bu korporasiyanın qurğularına başqa mağazalardan əlavələr köçürmək imkanı verən əməliyyatdır. “Palo Alto Networks” icmalında deyilir: “WireLurker” USB vasitəsilə viruslu OS X sisteminə qoşulmuş bütün iOS-qurğuları izləyir və “Jailbreak” prosedurunun olub-olmamasından asılı olmayaraq kənar əlavəni bu qurğuya avtomatik surətdə daxil edir.
Bu, “Palo Alto Networks” şirkətinin qarşılaşdığı belə tipli ilk və ən güclü virusdur. Bu virus qurğuya düşən kimi ünvan və məlumat bölmələrinə daxil olur. Lakin zərərverici proqramın son məqsədi hələ ki, aşkar edilməyib.
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto