İqbal Ağazadənin partiyası qeydiyyata alınmadı

İqbal Ağazadənin partiyası qeydiyyata alınmadı
"Ədliyyə Nazirliyi təqdim etdiyimiz siyahının yoxlanmasını başa çatdırıb.Verilən məlumata görə bir sıra çatışmazlıqlar var”.

Miq.az xəbər verir ki, bu barədə Ümid Partiyasının sədri İqbal Ağazadə "Facebook” hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, 30 gün müddətində bu çatışmazlıqları aradan qaldırıb, siyahını yenidən təqdim etməliyik:

"İşçi qrupumuz rayon şöbələri ilə birgə çalışmalara başladı, yaxın günlərdə yekun siyahımızı yenidən Ədliyyə Nazirliyinin qeydiyyat idarəsinə təqdim edəcəyik.

Biz Azərbaycanın strukturlaşmış və sabit xətti olan ən ciddi siyasi təşkilatlarının önündə gəlirik.

Üzvlərimizin sayı isə tələb olunandan xeyli çoxdur.

Xalqımıza və cəmiyyətimizə fayda vermək, ölkəmizin demokratikliyini təmin etmək, azad seçki keçirmək, insan haqlarını qorumaq, ən başlıcası, milli problemləri həll etmək üçün bir ÜMİDƏ ehtiyac var…

ÜMİD BİZİK…” – partiya sədri deyib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az