İradə bacısı haqda nələr yazdı?

İradə bacısı haqda nələr yazdı?

BƏZƏN İNSANLAR ETMƏDİYİMİZ XƏTALARI, QÜSURLARI BİZDƏ AXTARMAĞA ÇALIŞIR

Müğənni İradə İbrahimova bu yaxınlarda ailə həyatı quran bacısı, vizajist Nigar İbrahimova haqqında yazıb.

Axşam.az-ın məlumatına görə, sənətçi səhnədə qazandığı bütün uğurlara görə bacısına təşəkkür edib. O, səhnədən getmək istədiyi vaxtlarda ona Nigarın dəstək olduğunu bildirib:

“Həyatı dərk edib, onun keşməkeşlərinə atılan gündən arxamda dayağı, səbri, vicdanı ilə bir gücün olduğunu hiss etdim. Nigar İbrahimovanın böyük dəstəyi ilə böyüdüm. Səhnədə eşitdiyim ən gurultulu alqışları onunla bölüşdüm. Nigar ilk səhnə addımlarımdan bu yana mənimlə olan, pislərdən yorulanda gücünü mənimlə bölüşən biri olub. Amma varlıykən yoxsulluq da gördük. Həyat həm varlı, həm də kasıb üzünü bizə göstərib.

Uğurlarımızı zəhmətimizlə qazandıq. Çətin illərimizdə şəraitimizi yaxşılaşdırmağın əsas gücü Nigarın çiyninə düşmüşdü. O, gecəsini-gündüzünə qatıb zəhmətlə evə qazanc gətirməyi özünə borc bilirdi. Nigarın kim olduğunu bir də mənim gözlərimlə görməyə çalışın. O, gündüz çalışır, gecələr səhnədə mənə dəstək olurdu. Nigar qədər təmkinli olmamışam. Məclislərdəki içkili, təkəbbürlü insanları görüb, səhnədən getmək istəmişəm. Nigar dəstək olub, iki əlli məndən yapışıb. Bu gün biz bir-birimiz üçün əsl dayağıq.

Heç kim onun haqqında pis kəlmə işlətmir. O, insanları vizajla gözəlləşdirməklə yanaşı, qəlbindəki saflıqdan da onlara pay verir. Bəzən insanlar etmədiyimiz xətaları, qüsurları bizdə axtarmağa çalışır. Amma içlərindəki kini göstərmək, qarşındakının qüsurunu aşkara çıxarmaq demək deyil. Nigar bacıma ürəkdən xoşbəxt ol deyirəm”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az