İran ABŞ-ın barışıq üçün uzatdığı əli geri itələdi: BU HƏLƏ TAM QİSAS DEYİL

İran ABŞ-ın barışıq üçün uzatdığı əli geri itələdi: BU HƏLƏ TAM QİSAS DEYİL
ABŞ prezidenti Donald Tramp barışıq əli uzatsa da, İran tərəfi Qasım Süleymaninin intiqamının tamamlanmadığını açıqlayıb.

Bu barədə İran Silahlı Qüvvəlirinin Baş Qərargah sözücüsü, briqada generalı Əbülfazi Şikarçı bildirib. O qeyd edib ki, ABŞ-ın İraqdakı bazalarına raket hücumunu intiqamın tamamı olaraq görmürlər:

"Bu hücumları tam intiqam saymırıq. Əsl qisas o səviyyədə olacaq ki, amerikalılar bölgədən getməli olacaqlar.

ABŞ-ın etirbarlı müdafiə sistemi yoxdur, raketlərimizin hədəfə dəyməsinin qarşısını ala bilməyiblər. Hesab edirəm ki, bu ABŞ-ın dəstəkçisi olan region ölkələrinə dərs olmalıdır"./redaktor.az/

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az