İran, Azərbaycan və Türkiyə dəmir yolu xətlərinin birləşdirilməsi gündəmdədir

İran, Azərbaycan və Türkiyə dəmir yolu xətlərinin birləşdirilməsi gündəmdədir
İran, Azərbaycan və Türkiyə dəmir yolu xətlərinin birləşdirilməsi hökumətin gündəmindədir.

Yenisabah.az IRIB-ə istinadla xəbər verir ki, bunu İranın Qərbi Azərbaycan əyalətinin valisi Rza Rəhmani deyib.

Onun sözlərinə görə, üçtərəfli dəmir yolu infrastrukturunun inkişafı qonşu ölkələr arasında əməkdaşlığı genişləndirmək məqsədi daşıyır: "İran, Azərbaycan və Türkiyə dəmir yolu xətlərinin birləşdirilməsi hökumətin gündəmindədir".

Rza Rəhmani əlavə edib: "Prezident Məsud Pezeşkianın Azərbaycan Respublikasına səfərinin nəticələrindən biri Qərbi Azərbaycan vasitəsilə trans-regional əməkdaşlıq üçün yeni vüsət alacaq: "Bu səfər zamanı Qafqaz və Fars körfəzi ölkələri ilə ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün ikitərəfli danışıqlar aparılıb və beynəlxalq kommunikasiyaların genişləndirilməsi müzakirə olunub”.

Qərbi Azərbaycan valisi bildirib ki, əyalət yüksək potensiala və həssas strateji mövqeyə malikdir: "Naxçıvan bölgəsi ilə 150 ​​kilometrə yaxın ümumi sərhəd Asiyadan Avropaya gedən beynəlxalq ticarətdə mühüm rol oynaya bilər. Şərq-Qərb dəhlizinin qısaldılması üçün Qərbi Azərbaycan dəmir yolu xətti hər iki tərəf üçün regionda ticarətin inkişafı və iqtisadi rifah üçün fürsət yaradacaq".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az