İran mediası Allahşükür Paşazadəni hədəf aldı: SEPAH-dan "sionistlərə qulluq" ittihamı

İran mediası Allahşükür Paşazadəni hədəf aldı: SEPAH-dan

Bütün Qafqazın şeyxi Şeyxülislam Hacı Allahşükür Paşazadə İranla bağlı verdiyi müsahibəsindən sonra SEPAH-a bağlı sosial media kanallarının hədəfinə çevrilib.
Miq.Az Lent.az-a istinadən xəbər verir ki, İran mediası onu "sionistlərə qulluqda" ittiham edib. Qaralama kampaniyasına Azərbaycanda axtarışda olan və İrana sığınan "Hüseyniyyun" qruplaşmasının sosial media kanalları da qoşulub.

Bir neçə gün bundan öncəyə kimi Qafqaz Müsılmanları İdarəsinin sədrinə qarşı ehtiyatlı davranan adıçəkilən qruplaşmanın üzvləri indi şeyxin "Şeytana biət etdiyini" yazır, onu casus adlandırırlar.
Xatırladaq ki, Allahşükür Paşazadə "Real TV"yə verdiyi son müsahibəsində İranın Azərbaycana xəyanət etdiyini demişdi: "Mən indiyədək elə bilmişəm ki, mənə bir şey olsa, qardaşlarım gəlib məni xilas edəcəklər. Bu gün mənim o ümidim qırıldı. Mən kimə inanım? Mənim qardaşım məni erməniyə satdı”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az